Author tərəfindən yazılmış bütün yazılar

Qabriel Q.Markes – Polkovnikə məktub yoxdur

Əsər nə olursa olsun. Müəllifi Q.Markesdirsə mən onu oxuyaram – deyənlərə tam səslə qoşuluram. Q.Markesin qələmindən çıxan mistik-magik əsərlər nə köhnəlir nə də insanı boğaza yığır.

Bu həftə “Kitab rəfi”mdə ən sevimli yazıçılarımdan Q.Markes var. Növbəti hədəfim yenidən Q.Markes olacaq. Əsərin ingilis və rus dilləri versiyası çox sadə və çox gözəldir, təəssüf ki, azərbaycan dilində oxuduğum versiyanı yenə də bəyənmədim. Əsərin tərcüməsi azərbaycanm mentalitetinə uyğun olduğu üçün bəzi yerlər ixtisar edilib. Həmçinin tərcümədə Polkovnikin dialoqları nədənsə azaldılıb. Oxumağa davam et Qabriel Q.Markes – Polkovnikə məktub yoxdur

Lev Trotskiy və “yetişməyən məktub”

1405095866.390218411163Kominternin qurucusu, onun baş ideoloqu, radikal dövlət xadimi, dövrünün ən qüdrətli fiquru olan Lev Trotskiy (Bronşteyn) var idi. Misilsiz natiq və təşkilatçı kimi bütün bolşevik Rusiyasna səs salan. Tarixdə sonradan çox işlərə imza atacaq “Qızıl Ordu”nun əsas ideoloq və memarı.

Dahi rəhbər V.İ.Lenini açıq şəkildə tənqid edə bilən və ona qarşı çıxa bilən yeganə partiya xadimi, lakin ambisiyaların qurbanına çevrilən və Moskvadan didərgin düşən Lev Trotskiy, “KGB” agentinin başına vurduğu “buzqırıcı”dan daha artığına layiq idi və ya deyildi. Ömürlük sürgün həyatı zamanı evli olmasına rəğmən yenidən ailə həyat qurur. Lakin ilk həyat yoldaşının və qızlarının taleyi heç də onun ideologiyasındakı tək rəngarəng sonluqla bitmir. Faciəli, itkilərlər, məhrumiyyətlərlə və işgəncələrlə dolu keçir. Sürgündə ikən artıq Rusiyada həbs olunmuş və ölümə məhkum edilmiş həyat yoldaşına məktub yazır. Ünvanına çatmayan məktub. Orijinal məktubundan tərcüməmi sizlərə ixtisarla təqdim edirəm:

Oxumağa davam et Lev Trotskiy və “yetişməyən məktub”

Aleksandr Duqin “GeoSiyasətin” əsasları

Mr.Yazar-ın “Kitab” rəfində bu həftə. Əsasən beynəlxalq münasibətlər və politologiya ixtisası üçün. Rusiyanın
ən məşhur politoloqu , REA-nın həqiqi üzvü , Aleksandr Duqinin “GeoSiyasətin əsasları” kitabı. A.Duqinin bu əsəri bir çox xarici ali məktəblərdə “qanuni” dərslik formasına gəliç çatmış kitabdır. Halbuki bir vaxtlar o təhsil aldığı Moskva Dövlət Universitetindən bizim uşaqların dili ilə desək Oxumağa davam et Aleksandr Duqin “GeoSiyasətin” əsasları

Albert Kamyü – Yad

Fransız ədəbiyyatının elə də pərəstişkarı deyiləm. Lakin elə istisnalar var ki,onlara “YOX” deyə bilmirsən. J.J.Russo,F.Volter və əlbəttə ki,Albert Kamyü.

A.Kamyü “Ekzesentrializm”in nümayəndəsidir və əsərlərində baş qəhrəmanın hər cür din və əxlaq çərçivələrindən azad olduğunu diqqətə çatdırır.

A.Kamyü bir az gülməli bir az qısa bir az da dindən uzaq cəsur süjet xətti ilə oxuyucunu həyəcanladırmağı əla bacarır.

Oxuduğum “YAD” Povesti gözəl nümunədir. Əsərin rus dilinə orijinal tərcüməsi mükəmməl olsa da bizim dildəki tərcüməsi zəifdir.Tərcümə Əlisa Nicatındır. Müəllif tərcüməni edərkən azərbaycan xalqının mentalitetinin göz önündə bulundurub. Yenə də qənimətdir.

 

Hantinqtonun nəzəriyyəsi

Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.

 

Birinci qrupun fikrincə, Hantinqtonun nəzəriyyəsi soyuq müharibə sonrası dünya siyasətini qavramada «yeni bir paradiqma» vəd edir. Əvvəllər də deyildiyi kimi, Hantinqton, soyuq savaş dönəmində nüfuzlu olan dövlət-mərkəzli realist beynəlxalq münasibətlər teoriyasının müasir dövrdə öz əhəmiyyətini itirdiyini ifadə edib, mədəniyyətlər arası fərqliliklərin regional və qlobal münaqişələrə səbəb olacağını iddia etməkdəydi. Oxumağa davam et Hantinqtonun nəzəriyyəsi

Zbiqnev Bzejinski – Azərbaycan barədə

Azərbaycanda son günlər ciddi problemlərin ,yəni gənclər arasında həyəcanın olduğunu bilirik və gözümüzlə görürük. Bunu bloqumda bir yazı ilə aydınlatmışdım oxucularım üçün. Səbəb kimi də əlbəttə ki, ölkənin neft strategiyasında buraxılan səhvləri göstərmişdim. Polyak əsilli politoloq, siyasətçi,görkəmli diplomat,XX əsrin “Sonuncu Diplomat”ı  kimi tanınan Zbiqnev Bzejinski  diplomatik sahədə ideallardan biri hesab edilir. Onun ” Seçim ” və ya ” İmperializm ” əsərləri mənim çox sevdiyim əsərlərdəndir.

Lakin onun ən məşhur əsəri və diplomatların stolüstü kitabı olan ” Böyük Şahmat lövhəsi : ABŞ hegemoniyası ” əsərini mütaliə zamanı maraqlı bir hissəyə rast gəldim. Orda qeyd edilir: ABŞ üçün hər zaman 3 ölkə əsas olmuşdur: Çin,Ukrayna,Azərbaycan. Azərbaycan niyə ABŞ üçün belə əhəmiyyətlidir? Təbii Azərbaycanın mühüm strateji mərkəz olduğunu və Şərqə açılan Qapı rolu oynadığını heç kim dana bilməz . Bzejinski digər bir səbəb də gətirir. Oxumağa davam et Zbiqnev Bzejinski – Azərbaycan barədə

Corc Oruell – Heyvanıstan

 İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox “1984″ romanından tanışdır. Lakin Oruell “1984″-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın – “Animal farm” – “Heyvanıstan” romanının müəllifidir. Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental “1984″ romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür. Oxumağa davam et Corc Oruell – Heyvanıstan