Kateqoriya arxivləri: Investigation

Stratfor: The Battle of Waterloo: A Landmark in Britain’s Geopolitical Strategy

The Duke of Wellington orders the line to advance at the Battle of Waterloo on June 18, 1815.
The Duke of Wellington orders the line to advance at the Battle of Waterloo on June 18, 1815.

Summary

Two hundred years ago, the Battle of Waterloo put an end to France’s imperial ambitions and marked the beginning of a century of British global dominance. The battle was a landmark in Britain’s lasting strategy to retain a balance of power on the Continent. But the culmination of World War II brought about a fundamental change in this strategy that is now playing out as a EU referendum bill makes its way through the British Parliament.

Analysis

“It has been a damned nice thing. The nearest-run thing you ever saw in your life.” Two hundred years ago today, the Duke of Wellington uttered these words after his famous victory over Napoleon Bonaparte’s forces at the Battle of Waterloo. The battle had indeed been hard-fought; Wellington’s 67,000 British troops stared down the barrels of France’s 69,000-strong army. Muddy conditions mitigated some of the French artillery threat, as cannonballs failed to skip across the battlefield with their usual deadly effect. Nevertheless, neither side could gain the upper hand until the late arrival of the Prussian army, headed by Field Marshal Gebhard Leberecht von Blucher, shifted the balance firmly in Britain’s favor. Oxumağa davam et Stratfor: The Battle of Waterloo: A Landmark in Britain’s Geopolitical Strategy

Əlcəzairin fəthi

33

Əlcəzairin və Fransanın tarixlərində oxşarlıqlar kifayət qədər çoxdur. İki ölkə arasindakı münasibətlərin tarixi inkişaf və tərəqqi ilə dolu olduğu qədər, arasıkəsilməz qanlı döyüş səhnələri ilə də doludur.

Əlcəzair – Fransa münasibətlərinin tarixi XVI əsrdən başlayır. Fransa kralının şəxsi göstərişi və Osmanlı sultanı ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən Əlcəzair limanında Fransa ticarət şirkəti yaradılır. Məqsəd Şimali Afrikada olan malların ən rahat şəkildə Fransaya və Avropaya ixrac edilməsi idi. Əlcəzair bəyliyinin İstanbuldan çox uzaq olması zamanla burda yerli aristokratiyanın inkişafına şərait yaratmış, Əlcəzair paşası nominal olaraq Osmanlı sultanına tabe olsa da əslində tam müstəqil siyasət yeridir, şəxsi silahlı qüvvələrinin sayını artırırdı. Əvəzində isə illik xəracını İstanbuldakı saraya göndərirdi. Oxumağa davam et Əlcəzairin fəthi

Fuad Şahbazov – “Səfəvilər İmperatorluğu” [tarixi monoqrafiya]

1Nəhayət bir neçə ay ərzində üzərində işlədiyim və dövlətçiliyimizin şanlı tarixi səhifələrindən biri olan Səfəvilər dövlətinə həsr edilmiş tarixi monoqrafiyanı daimi oxucularımla paylaşmaq imkanına sahib oldum. Araşdırma bir neçə şaxədən ibarətdir və əsas qayə bu mühüm dövlət qurumu haqqında doğma dilimizdə əsaslı resurs üçün baza yaratmaqdır. Suallarınız və təkliflərinizə, həmçinin iradlarınıza açığam. Bütün fikirlərinizi müəllifə e-mail vasitəsilə bildirə bilərsiniz. Oxumağa davam et Fuad Şahbazov – “Səfəvilər İmperatorluğu” [tarixi monoqrafiya]

KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları

“Onu dövlət təhlükəsizlik orqanların qarşıdurması məhv elədi.. “

  Nikolay Şolokov  ”Hər şey 1980-ci ilin 26 dekabrı günü başladı. KGB baş mayoru Vyaçeslav Afanasyev bayram münasibətilə evə tələsirdi. Əlində vodka şüşəsi və kolbasa var idi. Mayor iş yerindən çıxaraq metroya tərəf gedir və “Jdanosvkaya” stansiyasına qədər metroda yuxuya gedir. Həmin vaxt ona başından küt bir alətlə 2 nəfər quldur zərbə endirir. Arqument kimi onlar “ac olduqlarını” bildirirlər. Lakin bir problem var. Bu 2 nəfər sadə quldur yox, SSRİ Daxili İşlər Nazirliyinin iki əməkdaşı idi. Məhz bu hadisədən sonra, SSRİ-nin tənəzzülünü sürətləndirən KGB-MVD (DİN) qarşıdurması başlayır, buna Andropov-Şolokov qarşıdurması adını da vermək olar.

   Nikolay Şolokov, “yuxarılarda”kı karyerasına 12 yaşında olarkən başlamışdı. Əvvəlcə bir inşaatda fəhlə olan cavan oğlan, təsadüfən özünə yeni dost tapır. Dostu, gələcək SSRİ KP MK-nın Baş Katibi, Leonid Brejnev idi. Onların dostluğu sonuna qədər mehriban və səmimi mühitdə davam edəcək. İdarəçilik qabiliyyəti yüksək olan Şolokov tez zamanda partiyada vəzifə sahibinə çevrilir. Dneprepetrovsk mərkəzi komitəsinin sədri təyin edilir. Leonid Brejnev baş katib seçildikdə öz sadiq və vəfalı dostunu xatırlayır. Oxumağa davam et KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları

İraq “BƏƏS” partiyası

Yaxın Şərqin müasir siyasi xəritəsinin I Dünya Müharibəsindən sonra müstəmləkəçi imperialist rejimlər tərəfindən hazırlanması nəticəsində Ərəblər arasında populyar olan Haşimilər nəslinin nümayəndəsi Feysəl, I Feysəl adı ilə İraq-Suriya krallığının mütləq monarxı təyin edilir.

Feysəlin bunun müqabilində müstəmləkəçi rejimlərin ordusunda Osmanlı hakimiyyətinə qarşı vuruşması bu gün də bir çox tarixçi alim tərəfindən birmənalı qarşılanmır. Bir çoxlarına görə müsəlman olan tayfa başçısının Avropadan gələn insanlarla birgə öz din qardaşı olan Osmanlı hakimiyyətinə qarşı qılınc çəkməsi tənqid olunan bir fikir olsa da, buna sosioloji qiymət vermək də zəruridir. Belə ki, Feysəlin ilk dəfə Suriya-İraq monarxı elan edilmləsi ilə “Ərəb dirçəlişi”nin (oyanışı) növbəti mərhələsi başa çatmış oldu. 

Birləşmiş Suriya-İraq krallığının varlığı elə də uzun çəkmir. Suriyanın strateji ərazilərini itirmək niyyətində olmayan Fransa öz ordularını bura yeridərək, dəvə üzərində soyuq silahla silahlanmış bədəvi ordularını asanlıqla məğlub edərək onları şərqə sıxışdırır. Oxumağa davam et İraq “BƏƏS” partiyası

Suriya Kəşfiyyat orqanları (tarixi arayış)

   gerb (1)  Yaxın Şərqdə sürətlə tüğyan edən Ərəb inqilablarının ən yaralı yerinə çevrilən Suriya Ərəb Respublikasının daxilində hələ də davam edən vətəndaş qarşıdurması özünün ən qanlı dövrünü yaşamaqdadır. Orta statistika hesabı ilə 100.000-dən çox insanın həlak olduğu münaqişənin pərdə arxasında “Atlantic Council” araşdırmalar mərkəzinin yayımladığı bülletinlərə görə əsas təşəbbüskarlar müxtəlif kəşfiyyat orqanları durur. Siyahıda bölgənin ən güclü təhlükəsizlik orqanlarının adları çəkilir ki, bunların arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran Respublikası kimi regional aktorlar var. 

     Yuxarıda adları çəkilən oyunçulardan əlavə Suriya BƏƏS rejiminin Hafiz ƏSƏD dövründən bu yana əsası qoyulan və xüsusi islahat və tədbirlərlə yetişdirilən Suriya Kəşfiyyat orqanı “Muhabbarat” və Suriya Milli Qvardiyası da az rol oynamır.  Oxumağa davam et Suriya Kəşfiyyat orqanları (tarixi arayış)

Moskva – üçüncü Roma nəzəriyyəsi

imagesSüqut etmiş Roma imperiyasının şərqində Şərqi Roma İmperiyası – Bizans yaranır. Özəyi yunanlardan ibarət bu dövlət Yaxın Şərq və Şərqi Avropa ölkələrini istila edir. Yunanlar Qərbi Avropanı öz hakimiyyəti altında qorumağa çalışan papaların dini (deməli həm də ideoloji) təsirindən çıxmaq üçün Qənstəntiniyyədə patriarx  – Roma papasına alternativ seçirlər. XI əsrdə xristian aləmi katolik və pravoslav hissələrinə bölünür.Pravoslavlar nə Roma papalarının dini, nə qərb imperatorlarının siyasi hakimiyyətini qəbul edirdilər.

Osmanlı hücumları nəticəsində Roma İmperiyasının keçmiş uzantısı Bizans süqut edir və əvəzində yunanlar da öz imperiya ənənlərini slavyanlara, daha doğrusu ruslara ötürürlər. Beləliklə də, tarixin təkrarlandığına iddia edənlər bu hadisələri öz düzgünlüyünü sübuta yetirmək üçün bir dəlil kimi görməyə başladılar. XV əsrdən başlayaraq güclü və mərkəzləşmiş dövlət yaradan rus çarları öz dövlətinin xüsusi missiyaya malik olması barədə düşüncələrinə qapılırlar. Oxumağa davam et Moskva – üçüncü Roma nəzəriyyəsi