Kateqoriya arxivləri: Investigation

SSRİ-nin kölgəsi: “Fövqəladə Komissiya”

Başlanğıc və doğuluş

1914-cü il, Rusiya İmperiyası hələ də dünyanın ən böyük imperiyası statusunu qorumağa davam edir. Hakimiyyətdə Çar II Nikolaydır. Çar Nikolayın adı Rusiya İmperiyasının sürətlə zirvəyə qalxması və sonda hüznlü parçalanması ilə sıx bağlıdır. Alman İmperatorunun yüksək ambisiyaları ucbatından başlayan müharibənin ilk ayları heç kimin gözləmədiyi şəkildə davam etməkdə idi. Rusiya ordusu güclü müqavimətlə Polşanı tamamilə azad etmiş və Almanları Baltikyanı ölkələrə doğru sıxışdırmağa davam edirdi.

Böyük uğurlara rəğmən ölkənin daxilində hər şey daha fərqli idi. Fəallaşan sosialistlər Leninin başçılığı ilə mitinq keçirir, digər qüvvə olan eserlər isə aktiv şəkildə terrordan istifadə etməyə davam edirdilər. Təkcə 1910-1914-cü illər arasında Rusiya İmperiyasında 8-dən çox nazir, 3 Knyaz, 5 İmperator ailəsi mənsubu və 2 General eser terror dalğasının qurbanına çevrilmişdi. Sosialistləri digər qüvvələrdən fərqləndirən cəhət onların sıralarında Lev Trotskiy kimi bir fiqurun olması idi. Oxumağa davam et SSRİ-nin kölgəsi: “Fövqəladə Komissiya”

Layihənin adı: Babilistan

Cerald Bullun silahıSüni Peykləri göy üzünə raket gücü ilə göndərmək əvəzinə onları çox iri bir topla səmaya atəş açaraq göndərmək daha sərfəli olmazdı ?!

Bir zamanlar bu ideya az qala gerçək olacaqdı. “HARP” layihəsinin hərbi ekspertləri artıq bu ideyanı sınaqdan keçirməyə hazırlaşırdılar. Lakin o zamankı Amerika kəşfiyyatı bu silahın hazırlanmasını gələcəkdə dövlətin milli təhlükəsizliyinə böyük təhlükələr törədəcəyinə inanmağa başladılar. Layihə birdən birə dayandırıldı. Proqramın iştirakçıları olan bəzi generallar 1 il içində müəmmalı şəkildə həlak olmağa başladılar.  Oxumağa davam et Layihənin adı: Babilistan

Lev Trotskiy və “yetişməyən məktub”

1405095866.390218411163Kominternin qurucusu, onun baş ideoloqu, radikal dövlət xadimi, dövrünün ən qüdrətli fiquru olan Lev Trotskiy (Bronşteyn) var idi. Misilsiz natiq və təşkilatçı kimi bütün bolşevik Rusiyasna səs salan. Tarixdə sonradan çox işlərə imza atacaq “Qızıl Ordu”nun əsas ideoloq və memarı.

Dahi rəhbər V.İ.Lenini açıq şəkildə tənqid edə bilən və ona qarşı çıxa bilən yeganə partiya xadimi, lakin ambisiyaların qurbanına çevrilən və Moskvadan didərgin düşən Lev Trotskiy, “KGB” agentinin başına vurduğu “buzqırıcı”dan daha artığına layiq idi və ya deyildi. Ömürlük sürgün həyatı zamanı evli olmasına rəğmən yenidən ailə həyat qurur. Lakin ilk həyat yoldaşının və qızlarının taleyi heç də onun ideologiyasındakı tək rəngarəng sonluqla bitmir. Faciəli, itkilərlər, məhrumiyyətlərlə və işgəncələrlə dolu keçir. Sürgündə ikən artıq Rusiyada həbs olunmuş və ölümə məhkum edilmiş həyat yoldaşına məktub yazır. Ünvanına çatmayan məktub. Orijinal məktubundan tərcüməmi sizlərə ixtisarla təqdim edirəm:

Oxumağa davam et Lev Trotskiy və “yetişməyən məktub”