Kateqoriya arxivləri: Book reviews

Rəcəb Şəntürk – Malkolm X

Türkiyəli sosioloq və İbn Haldun Universitetinin professoru Rəcəb Şəntürkün qələmə aldığı Malkolm X kitabı mənə görə araşdırma və ya əsər yox “esselər toplusunu” daha çox xatırladır. Çünki kitabın içindəki ayrı-ayrı hissələr Malkolm X-in həyatının fərqli dövrlərinə nəzər salaraq onları müqayisə etməyə çalışır.

Qısaca, Malkolm X, XX əsrdə ABŞ-da yaşayan qaradərililərin (müsəlmanların) irqi-ayrı seçkiliyə qarşı apardıqları mübarizənin ən parlaq  liderlərindən biri olmuşdu. Gənc yaşlarda “İslam Milləti Hərəkatına” üzv kimi qoşulan gənc Malkolm qısa vaxt ərzində liderlik və yüksək natiqlik qabiliyyəti sayəsində hərəkatın Oxumağa davam et Rəcəb Şəntürk – Malkolm X

Rəcaizadə Mahmud Əkrəm – Fayton Sevdası

Bu həftəki kitab resenziyam klassik türk ədəbiyyatının ən tanınmış simalarından biri olan Mahmud Əkrəmin “Fayton Sevdası” romanıdır. Rəcaizadə Mahmud Əkrəm Osmanlı dövrü türk ədəbiyyatının ən böyük ədiblərindən və maarifçilik hərəkatının əvəzolunmaz simalarından biridir. Namiq Kamalın təsiri ilə dövrün məişət problemlərini əsərlərində işıqlandıran Mahmud Əkrəmin bu qəbildən olan əsərləri arasında “Fayton Sevdası” (Araba Sevdası) romanı məxsusi yer tutur.

Əsər XX əsrin əvvəllərində Osmanlıda ortaya çıxan “Avropa təhsilli” gənclərin öz cəmiyyətlərinə və insanlarına necə yuxarıdan aşağı baxması, Fransızdilli aristokratların türk dilini aşağılaması və təhqir etməsi kimi problemləri oxucunun diqqətinə çatdırır. Baş qəhrəman Bəhruz bəy də bu gənclərdən biridir. Varlı bir ailənin mənsubu olan Bəhruz bəy evində şəxsi müəllimlərdən dərs almış bir gəncdir. Özünü fransız dilli kimi göstərməyə çalışsa da əslində Oxumağa davam et Rəcaizadə Mahmud Əkrəm – Fayton Sevdası

Xaləddin İbrahimli – Azərbaycan Mühacirəti Tarixi

Yenicə oxuyub bitirdiyim kitablar sırasında azərbaycanlı tarixçi Xaləddin İbrahimlinin “Azərbaycan Mühacirəti Tarixi” kitabı məncə xüsusi diqqətə layiqdir. Kitab əsasən XIX əsrin sonlarında Azərbaycanda yaranan ictimai-siyasi fikirdən, yenicə qurulmağa başlayan siyasi partiya v təşkilatlardan bəhs edir.

Kitabın sonrakı hissələri Rusiya İmperiyasının süqutundan sonra Azərbaycan “Müsavat Partiyasının” siyasi arenaya çıxması və nəticədə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından bəhs edir. Sözsüz ki, AXC-nin müstəqilliyini elan etməsi Azərbaycan tarixçiliyinin ən parlaq və şərəfli səhifələrindən biridir. Oxumağa davam et Xaləddin İbrahimli – Azərbaycan Mühacirəti Tarixi

Nəriman Əbdülrəhmanlı – Könül elçisi

Müasir azərbaycan ədəbiyyatının tanınmış yazıçılarından Nəriman Əbdülrəhmanlının qələmə aldığı “Könül elçisi” romanı süjet xəttinə görə və mövzusuna görə çox unikaldır deyə bilərəm. Əsər Səfəvilər Dövlətinin tanınmış dövlət xadimlərindən biri Oruc bəy Bayatın macəra dolu lakin bir o qədər də keşməkeşli Avropa səfarətindən bəhs edir. Şah Abbasın buyruğu ilə İspaniya sarayına xüsusi bir missiya ilə gedən diplomatik heyət 2 il ərzində həyatın çətin sınaqları ilə üz-üzə qalır. 

Macəranın sonunda Oruc bəy daxil olmaqla heyətin demək olar bütün üzvləri Xristianlığı qəbul edərək Avropada qalmağa qərar verirlər. Xristianlıqdakı adıyla Xuan di Persia olan Oruc bəy Bayat sonradan “Xuan di Persianın gündəlikləri” əsərini çap etdirməyə müvəffəq olur. Həmin bu əsər müasir Avropa tarixçiliyinin bu gün də ən dəyərli əsərlərindən biri hesab edilir.  Oxumağa davam et Nəriman Əbdülrəhmanlı – Könül elçisi

Vilayət Quliyev – Baş nazirin xanımı

Vilayət Quliyevin müəllifi olduğu “Baş nazirin xanımı” kitabı özündə Azərbaycan Xalq Cumhuriyyətinin ən önəmli fiqurlarından biri olmuş Nəsib bəy Yusifbəylinin gənclik illərini, onun tələbəlik illəri zamanı Şəfiqə xanım Qaspiralı ilə tanış olduğu dövrləri əhatə edir. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın  tarixə

həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin  öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfi­qə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə Oxumağa davam et Vilayət Quliyev – Baş nazirin xanımı

Suad Dərviş – Ankara məhbusu

suad_dervish_ankara_mehbusuBu həftə kitab rəfimdə Türk ədəbiyyatının ən dəyərli klassiklərindən adlandırdığım Suad Dərvişin “Ankara məhbusu” romanı var. İlk əvvəl qeyd edim ki, bu bir nəfəsə oxunulan romanlar silsiləsindəndir. Suad Dərviş Türkiyə Cumhuriyyətinin yarandığı ilk illərdən istər təhsili, istərsə də həyat tərzi ilə müasir və təhsilli Türk qadının formalaşmasında əvəzsiz rol oynamış publisist-qadın idi. Romanlarının cəsur dili 1930-1950-ci illər Türkiyəsində cəmiyyət tərəfindən böyük narazılıqla qarşılansa da sonradan onun hərəkətverici faktorlarından birinə çevrilmişdi.

Roman tibb universitetinin tələbəsi Vəsfinin monoloqu ilə başlayır. Vəsfi anası ilə yalnız yaşayan, sadəlöv bir tələbədir. Qonşuluqda yaşayan Zeynəb adlı qıza aşiqdir lakin hisslərini ona açmaqda Oxumağa davam et Suad Dərviş – Ankara məhbusu

Ceyhun Hacıbəyli – Xatirələr

ce-500x500Cari ilin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə Azərbaycan dövlətçilik tarixində özündə yer etmiş, görkəmli yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin xatirələri fransız dilindən – azərbaycan dilinə tərcümə edilmişdi. Ceyhun bəy Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyətində xüsusi çəkisi olan məşhur Hacıbəylilər nəslinin görkəmli nümayəndələrindən biridir. O, böyük ədəbiyyat, və dövlət adamı olmaqla yanaşı həm də maarifçi ziyalı idi.

Ceyhun bəyin yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatının sanballı bir hissəsini təşkil edir. Azərbaycan reallıqları, o cümlədən dünyada baş verən proseslər onun yaradıcılığında böyük yer Oxumağa davam et Ceyhun Hacıbəyli – Xatirələr