Kateqoriya arxivləri: Book reviews

Corc Oruell -1984

Corc Oruellin məşhur “1984″ romanı ilk dəfə Azərbaycan dilində kitab halında nəşr olunub. 

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə
sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunəsi sayılan “1984” romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.

 

Jozef Fuşe – Siyasi xadimin portreti

Görkəmli Avstriya yazıçısı Stefan Sveyqin bu məşhur romanında XVIII əsr fransız burjua İnqilabının olduqca maraqlı səhifələrindən söhbət açılır.
Dövrünün ən qüdrətli, ən görkəmli şəxsiyyətlərindən biri olan Jozef Fuşeni müasirləri sevməmiş, sonrakı nəsillər isə onu daha haqsızcasına mühakimə etmişlər.  Onun simasının həqiqi cizgiləri ilk dəfə Madlenin əsasən faktik materiallara istinad edən monumental bioqrafiyasında canlanır. İki dünyanın bütün partiyalarının bir-birini əvəz etdiyi dövrdə epoxaya rəhbərlik etmiş, həmin illərin tufanlarından salamat qurtarmış yeganə siyasətçini, Napoleon və Robespyer kimi dahi şəxsiyyətlərlə apardığı təkbətək psixoloji mübarizələrdən qalib çıxmış bu adamı tarix etinasızlıqla arxa plana çəkmişdir.  Balzak belə demişdir:  «Onun adamlar üzərində Napoleondan daha böyük hakimiyyəti vardı».

Kitabın qiyməti : 5 AZN. “Akademik Kitab Evi”

Milorad Paviç “Xəzər Sözlüyü”

Təzəlikcə böyük serb yazıçısı Milorad Paviçin “Xəzərin Sözlüyü” əsərini oxudum. Azərbaycan variantını. Keçən il bu əsərin ingilis dili variantını oxudum və eyni ilə ləzzət elədi. Eşitdim ki,  “Qanun Nəşriyyatı” da təzəlikcə əsəri yeni versiyada dilimizə tərcümə edib. Gedib maraqlandım.

“Xəzər sözlüyü” Milorad Paviçə dünya şöhrəti gətirmiş romandır. Bu kitabı Xəzər xaqanlığı ilə bağlı tarixi araşdırma kimi də qəbul etmək olar. Bu araşdırma biri-birilə tez-tez əvəz edilən roman-tik rəvayətlər və tarixi süjetlərlə ifadə olunub.

Hadisələr yuxu ilə gerçəkliyin sərhədində dövr edir . Bu da kitabın süjetinə, onun qəhrəmanlarına və onları əhatə eləyən dekorasiyalara müəyyən mənada sürreal məna verir. Bu kitab haqda əsrarəngiz süjetə malikdir demək də, ümumiyyətlə heç bir süjeti yoxdur, demək də olar. Oxumağa davam et Milorad Paviç “Xəzər Sözlüyü”