Kateqoriya arxivləri: Book reviews

Firas Alkhateeb – Lost İslamic History

51mh7IBupPL._SX316_BO1,204,203,200_Bu həftə kitab rəfimə gənc ərəb tarixçisi Firas Alkhateeb-in “Qeyb olmuş İslam Tarixi” (The lost İslamic History) kitabını əlavə etdim. Müəllif İslam tarixi üzrə ABŞ-ın nüfuzlu Çikaqo Universitetində dərs deyir. Kitabın adı isə onun uzun illər müəlliflik etdiyi “The lost İslamic History” bloqundan götürülüb.

Kitab İslam dinin yaranması tarixindən, onun meydana gəlməsini zəruri qılan amillərdən, dinin Ərəb yarımadasından çıxıb digər geniş coğrafiyalara Oxumağa davam et Firas Alkhateeb – Lost İslamic History

Amin Maaoluf – Səmərqənd

CAS69Livan əsilli fransız yazıçısı Amin Maalouf müasir dünya ədəbiyyatının ən çox tələb edilən qələmlərindən biridir. Yazıçının dünyaca məşhur romanlarından olan “Səmərqənd” romanı da artıq azərbaycan dilinə tərcümə edilib.

Roman orta əsr Şərqinin əfsanəvi alimlərindən və şairlərindən biri olan Ömər Xəyyamın həyatından və o dövrün siyasi çəkişmələrindən bəhs edir. Nişapurlu Ömər o dövrün bütün elmlərinə vaqif olduqdan sonra Səmərqəndə səyahət edir. Bu onun başına gələcək macəraların başlanğıcı olacaqdı.  Oxumağa davam et Amin Maaoluf – Səmərqənd

Qriqoriy Petrov – Bəyaz zanbaqlar ölkəsində

1460633170_1460631703_bez-imeni-4Rusiyalı keşiş, kilsə xadimi, maarifçi ziyalı, tərcüməçi Qriqoriy Petrovun müəllifi olduğu Bəyaz Zanbaqlar ölkəsində kitabı Finlandiyanın inkişaf modeli barədə söz açır. Kitab XIX əsrin ikinci yarısında qələmə alınsa da haqqında danışılan məslələlər günümüz dünyasında hələ də çox aktualdır.

Q. Petrov Rusiya İmperiyasının daxili idarəçilik formasını sərt tənqid etdiyinə görə kilsədən qovulmuş və Yuqoslaviya Krallığında siyasi sığınacaq almışdı. Qalan bütün vaxtını səyahətə həsr edən müəllif Oxumağa davam et Qriqoriy Petrov – Bəyaz zanbaqlar ölkəsində

Ahmet Ümit – Kar Kokusu

0000000350641-1Artıq bloqumun oxucularının yaxşı tanıdığı Ahmet Ümitin növbəti romanını da beləcə başa vurdum. Hər zamankı özünəməxsus yazı tərzi və dedektiv janrı ilə yazıçı Qar qoxusu romanında oxucuları 1980-ci illər SSRİ-nə aparır. İnternaionalın vətəni olan Moskva və hər millətin nümayəndələrinin peşəkar inqilabçı olmaq üçün təhsil almağa gəldikləri Lenin İnstitutu.

Bu dəfə TKP (Türkiyə Kommunist Partiyası) üzvü olan türk tələbə qrupunun başında böyük bəla var. Oxumağa davam et Ahmet Ümit – Kar Kokusu

Abbas Milani – The Shah

920x920İran əsilli amerikan yazıçısı, və siyasi tədqiqatçısı Abbas Milaninin qələmə aldığı “Şah” kitabı özündə Pəhləvi xanədanlığının son nümayəndəsi olan Rza Şahın həyatını, düşüncələrini, daxili və xarici siyasətini əks etdirir. Kitab 435 səhifədən ibarət olub bir neçə hissəyə bölünür. İlk hissə İranda XX əsrin əvvəllərində cərəyan edən siyasi proseslərə, ikinci hissə Pəhləvilərin hakimiyyətə gəlişi və üçüncü hissə Rza Şahın hakimiyyət illərini əhatə edir.  Oxumağa davam et Abbas Milani – The Shah

Zaid Al-Ali – “İraqın gələcəyi naminə – Neft, terror, korrupsiya və məzhəbçilik”

1Bu gün kitab rəfimin yeni kitabı ərəb əsilli amerikan politoloqu, Yale Universiteti Siyasi Elmlər Departamentinin əməkdaşı Zaid Al-Alinin müəllifi olduğu kitabdır. Kitab yenicə çapdan çıxmış və oxucuların ixtiyarına verilmişdir.

Zaid Al-Alinin ailəsi Səddam Hüseyn rejimi dövründə İraqdan ABŞ-a siyasi mühacirət etmiş tanınmış bir ailədir. ABŞ-da anadan olan Harvard, Princeton və Yale kimi prestijli universitetlərdə təhsil alan müəllif sonralar 2003-cü il İraq müharibəsi zamanı ABŞ Müdafiə Nazirliyi ilə sıx təmasda çalışmış və İraqla bağlı strateji məsləhətlər vermişdi. Oxumağa davam et Zaid Al-Ali – “İraqın gələcəyi naminə – Neft, terror, korrupsiya və məzhəbçilik”

Samir Kassir – “Being arab”

51+8n5t8rVL._SX325_BO1,204,203,200_Bu həftə rəfimdə maraqlı və hələ də aktuallığını itirməyən bir kitab var. Livanlı məşhur araşdırmaçı – jurnalist, yazıçı, siyasətçi və tarixçi Samir Kassirin “Ərəb olmaq” kitabı esse formatında yazılmış kiçik bir araşdırmadır.

Müəllifin əsas məqsədi Ərəb dünyasının və bütün müsəlmanların əsas probleminin nədə olduğunu ortaya çıxarmağa cəhd edir. İslamın yaranmasından bu günə qədər olan dövrlər ərzində niyə müsəlman dünyası inkişafdan və sivilizasiyadan geri qaldı? Müəllif şəxsi arqumentləri ilə bu suala cavab tapmağa çalışır. Oxumağa davam et Samir Kassir – “Being arab”