KQB və DİN qarşıdurması. Nikolay Şolokov islahatları

“Onu dövlət təhlükəsizlik orqanların qarşıdurması məhv elədi.. “

  Nikolay Şolokov  ”Hər şey 1980-ci ilin 26 dekabrı günü başladı. KGB baş mayoru Vyaçeslav Afanasyev bayram münasibətilə evə tələsirdi. Əlində vodka şüşəsi və kolbasa var idi. Mayor iş yerindən çıxaraq metroya tərəf gedir və “Jdanosvkaya” stansiyasına qədər metroda yuxuya gedir. Həmin vaxt ona başından küt bir alətlə 2 nəfər quldur zərbə endirir. Arqument kimi onlar “ac olduqlarını” bildirirlər. Lakin bir problem var. Bu 2 nəfər sadə quldur yox, SSRİ Daxili İşlər Nazirliyinin iki əməkdaşı idi. Məhz bu hadisədən sonra, SSRİ-nin tənəzzülünü sürətləndirən KGB-MVD (DİN) qarşıdurması başlayır, buna Andropov-Şolokov qarşıdurması adını da vermək olar.

   Nikolay Şolokov, “yuxarılarda”kı karyerasına 12 yaşında olarkən başlamışdı. Əvvəlcə bir inşaatda fəhlə olan cavan oğlan, təsadüfən özünə yeni dost tapır. Dostu, gələcək SSRİ KP MK-nın Baş Katibi, Leonid Brejnev idi. Onların dostluğu sonuna qədər mehriban və səmimi mühitdə davam edəcək. İdarəçilik qabiliyyəti yüksək olan Şolokov tez zamanda partiyada vəzifə sahibinə çevrilir. Dneprepetrovsk mərkəzi komitəsinin sədri təyin edilir. Leonid Brejnev baş katib seçildikdə öz sadiq və vəfalı dostunu xatırlayır. Onu Moksvaya dəvət edir. Şolokov həyat yoldaşı Svetalanaya bu xəbəri verdikdə, onun sözləri belə olur : ” bəlkə imtina edəsən ?. Ya səni məhv edəcəklər, ya da sonunda özünü məhv edəcəksən..”. Şolokovun DİN başçısı təyin edildiyi vaxtda bu qurum təsiri elə də effektiv və ürəkaçan deyildi. Təcili islahatlara başlayan Şolokov əvvəlcə milisi (polis) yeni formaya geyindirdi. Əhali ilə mədəni davranılması haqqında xüsusi göstəriş verdi. Məcburi şəkildə bütün milis işçilərinin ixtisasartırma kurslarına cəlb etdi.

    N.Şolokov vəzifədə olduğu müddətdə ölkədə KQB-nin böyük rolunun olmasına etiraz edirdi. Bir dəfəsində Baş Katib Brejnevlə görüşən nazir, ona V.İ.Leninin dekretini göstərir. Dekretdə aydın yazılır ki, “KPSS MK”-nın binasını KQB agentləri yox, DİN əməkdaşları mühafizə etməlidir. Bundan sonra mərkəzi aparatdakı KQB agentlərini, DİN əməkdaşları ilə əvəz edirlər. Bu hərəkətlə Şolokov, KQB rəisi Andropovun dərin nifrətini qazanmağa müvəffəq oldu. 1982-ci ildə, Leonid Brejnev vəfat edir. Y.Andropov Baş Katib seçilir və qara siyahısındakı adamları bir-bir silməyə başlayır. Siyahıda 7 nazir var idi. İlk olaraq nazir Nikolay Anisimoviç korrupsiya meyllərində ittiham edilərək, vəzifəsindən azad edildi.

    İttihamlar başladı… “Mən qətiyyətlə etiraz edirəm ki, Özbəskitandan gətirilən qədim xalçanı rüşvət olaraq almışam. Bu çirkin yalandır. Həmçinin o xalçanın mənim evimdə olduğu haqqındakı şayiələr də yalandır. Bunlar məni gözdən salmaq üçün uydurulan çirkin yalanlardır”.. – deyə nazir özünü müdafiə edirdi. Bir az çəkinirdi, çünki əvvəlki kimi arxasında möhkəm dayaqlar hiss etmirdi. Şolokovun xanımının vaxtilə Qalina Brejneva ilə qiymətli zinət əşyaları satın alması da nazirin gələcək sonunu hazırlamaq üçün əla bəhanə idi. Onlar artıq “burjua” nümayəndələri idilər.

    Nazirin ailəsi ölkə hüdudları daxilində arzu olunmayan şəxslər elan edildilər. Bütün bunlara dözməyən Svetalana Şolokova 1983-cü ildə öz evində, faciəvi şəkildə intihar etdi. Qəzetlər bu qəribə ölümün səbəbləri haqda cürbəcür versiyalar irəli sürürdülər. Ən maraqlısı, nazir Şolokovun və Baş Katib Andropovun evində qulluqçu kimi çalışmış və sonradan memuar yazmış Raisa Starostinanın verdiyi məlumat oldu. Onun dediyinə görə Svetlana Şolokova, Andropova barışmaz kin və nifrət hissləri ilə yaşayrdı.

Y.Andropov və N.Şolokov eyni binada yaşayırdılar. Onlar qapı qonşusu idilər.

    Bir gecə Svetlana qapı ağzında Andropovun gəlməyini gözləyir. Hər dəfə olduğu kimi KQB əməkdaşları onunla birgə binaya daxil oldular. Y.Andropov liftə minən kimi Svetalana da cəld qaçaraq liftə minir. Agentlər onu saxlaya bilmirlər. Andropov qadına sakitcə baxır və düyməyə basır. Liftdə Svetlana silahı çıxarır və Andropovun qarnına atəş açır. Sürünə-sürünə evinə çatan baş katib mühafizəni çağırmağa müvəffəq olur. Svetlana isə öz evinə girərək həmin silahla intihar edir.

Nazir Şolokov böyük faciə ilə üzbəüz idi. Sonunda dözmür. Səhər tezdən oyanır. Hər şeyi etiraf edən məktub yazır və qeyd edir ki, “mən dövlətdən heç oğurlamamışam və haqqımda deyilənləri də qəbul etmirəm. Mən belə insan deyiləm. Xahiş edirəm məni bağışlayasanız”.

Son dəfə bir fincan qəhvə içən Şolokov, öz medallarını və ordenlərini müvafiq şəkildə uniformasına taxır. Evindəki şəxsi ov tüfəngi ilə intihar edir.

Bununla da uzun sürən KQB-MVD (DİN) müharibəsi sona çatır.