Lev Trotskiy və “yetişməyən məktub”

1405095866.390218411163Kominternin qurucusu, onun baş ideoloqu, radikal dövlət xadimi, dövrünün ən qüdrətli fiquru olan Lev Trotskiy (Bronşteyn) var idi. Misilsiz natiq və təşkilatçı kimi bütün bolşevik Rusiyasna səs salan. Tarixdə sonradan çox işlərə imza atacaq “Qızıl Ordu”nun əsas ideoloq və memarı.

Dahi rəhbər V.İ.Lenini açıq şəkildə tənqid edə bilən və ona qarşı çıxa bilən yeganə partiya xadimi, lakin ambisiyaların qurbanına çevrilən və Moskvadan didərgin düşən Lev Trotskiy, “KGB” agentinin başına vurduğu “buzqırıcı”dan daha artığına layiq idi və ya deyildi. Ömürlük sürgün həyatı zamanı evli olmasına rəğmən yenidən ailə həyat qurur. Lakin ilk həyat yoldaşının və qızlarının taleyi heç də onun ideologiyasındakı tək rəngarəng sonluqla bitmir. Faciəli, itkilərlər, məhrumiyyətlərlə və işgəncələrlə dolu keçir. Sürgündə ikən artıq Rusiyada həbs olunmuş və ölümə məhkum edilmiş həyat yoldaşına məktub yazır. Ünvanına çatmayan məktub. Orijinal məktubundan tərcüməmi sizlərə ixtisarla təqdim edirəm:

” Uzun müddətdir səni görmürəm. Bilmirəm bu günə qədər yazmadığım məktublara görə səndən necə əfv diləyim. Bilirsən mənə dedilər ki, bir neçə marksist məni burdan qaçırmaq istəyir. Mən isə özümü hamı tərəfindən küncə atılmış rəzil məxluq kimi görməyə başlamışdım. Yəqin sən də sevinərsən. Gör mənim tərəfdarlarım məni necə sevirlərmiş . Mən istəyirəm sən də mənimlə gələsən. Hərçənd ki,səni neçə aydır görmürəm. İndi vəziyyət elədir ki, biz marksizm mübarizəsini xaricdən davam etdirməliyik . Sənin cavab məktubunu tez zamanda gözləyəcəm. Mənim taleyim Fransa inqilabındakı yakobinçilərə bənzəyir bilirəm. Sənin üçün nə qədər ağır olduğunu da bilirəm. Geri çəkilmək qurduğum hər şeyə tüpürmək deməkdir. Mən bunu etməyəcəm və edə də bilmərəm.

Bu dəmdə bilirsən nə yadıma gəldi ?!  Bizim həbsxanada baş tutan evliliyimiz. Mən üzbəüz kameradan sənə tamaşa edirdim. Mənə dedilər ki, sən Çara qarşı baş tutan mitinqdə həbs edilmisən. Xəyal etdim, düşündüm. Dedim ki, bu qız hələ bilmir , amma o mənim həyat yoldaşım olacaq. Kim bilə bilərdi ki, indi biz burda , bu vəziyyətdə olacayıq. Mən inanıram Aleksandra, dəhşətli dərəcədə çox inanıram. Bu mənbənin hardan gəldiyini bilmirəm ,amma məndə ondan çox var. İkimizi də çatar. Sən və mən. Cenevrədə bir müddət qalmalı olacağıq. Səndən ən tez zamanda cavab gözləyirəm.

Sevgilərlə ,

Sənin əzizin Lev Trotskiy

1900-cü il.

L.Trotskinin sürgündə olduğu vaxt onun həyat yoldaşı Aleksandra Sokolovskaya ÇK-nın qara siyahısına düşür. L.Trotskinin ideyaları artıq “Trotskizm” cərəyanın formalaşmasına gətirib çıxarır ki, “Leninizm”i quranlar bundan narahat olmağa başlamışdılar. Bütün Trotski tərəfdarları o cümlədən həyat yoldaşı A.Sokolovskaya həbs edilərək sürgünə göndərilir. Həmin vaxt Trotski cütlüyünün iki qızı var idi. Sibirdə olan L.Trotskiy saxta sənədlə ölkəni tərk edir. O həyat yoldaşının sonrakı taleyi barədə məlumat ala bilmir. Artıq 1938-ci ildə onun həyat yoldaşı güllələnərək edam edilmişdi.

L.Trotskiy isə ona belə bir məktub yazır :

“Sənə əlvida demək istədim alınmadı. Məni bağışlamağını səndən gözləmirəm. İndi yəqin sənin yeni həyatın var. Ümidvaram həqiqətən layiq olduğunu əldə etmisən. Mənə dedilər ki,həbs edilib yenidən sərbəst buraxılmısan. Sevindim. Aramızda sevgi güclü idi. Tez itirdik. Dostluğumuzun sağ qalması mənə yeni ümidlər verir. Qızlarımız necədir ? Yəqin sənə oxşayıblar. Oğlumuz Vsevolodun təhsil aldğını eşitdim. Çox gözəl bir şeydir. Onları ən qısa zamanda görmək istərəm.

Yeni ailəmdə faciə üz verib. Oğlum Parisdə bir hospitalda vəfat etdi. Son anda yanında olmadığım üçün özümü əzik insan kimi hiss edirəm.  Avropadayam. Burdan yəqin ki, yenə çıxmalı olacam. Durmadan təqib edilirəm. Başqa ad-soyadla yaşayıram. Çox uzatmayacam. Etdiyim və ya edəcəklərim üçün məni əfv et.

Əlvida sevgilim , həyatım !

Məni unut ! ”

Sevgilərlə ,

Sənin əzizin Lev Trotskiy

“Lev Trotskiy və “yetişməyən məktub”” üzərinə bir düşüncə

  1. Menim Diplomatiyaya olan sevgim,BM fakultesini secmeyim snein bloqpostlarin sayesinde oldu helede heyrankliqla oxuyuram…amazing..Tesekkurler bele gozel yaziya gore

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.