SSRİ-nin kölgəsi: “Fövqəladə Komissiya”

Başlanğıc və doğuluş

1914-cü il, Rusiya İmperiyası hələ də dünyanın ən böyük imperiyası statusunu qorumağa davam edir. Hakimiyyətdə Çar II Nikolaydır. Çar Nikolayın adı Rusiya İmperiyasının sürətlə zirvəyə qalxması və sonda hüznlü parçalanması ilə sıx bağlıdır. Alman İmperatorunun yüksək ambisiyaları ucbatından başlayan müharibənin ilk ayları heç kimin gözləmədiyi şəkildə davam etməkdə idi. Rusiya ordusu güclü müqavimətlə Polşanı tamamilə azad etmiş və Almanları Baltikyanı ölkələrə doğru sıxışdırmağa davam edirdi.

Böyük uğurlara rəğmən ölkənin daxilində hər şey daha fərqli idi. Fəallaşan sosialistlər Leninin başçılığı ilə mitinq keçirir, digər qüvvə olan eserlər isə aktiv şəkildə terrordan istifadə etməyə davam edirdilər. Təkcə 1910-1914-cü illər arasında Rusiya İmperiyasında 8-dən çox nazir, 3 Knyaz, 5 İmperator ailəsi mənsubu və 2 General eser terror dalğasının qurbanına çevrilmişdi. Sosialistləri digər qüvvələrdən fərqləndirən cəhət onların sıralarında Lev Trotskiy kimi bir fiqurun olması idi.

1918-ci il. Müharibənin son ayları və Separatçı sülh.

Çox tarixçi bu gün də bir faktı iddia etməyə davam edir. “Əgər Rusiya İmperiyası müharibənin son aylarına qədər vuruşsaydı heç
şübhəsiz qalib dövlətlətr sırasında olacaqdı”. Bir az paradoksal bir bəyanat olsa da, izahat vermək lazımdı. Əvvəla, 1917-ci ildə müharibə hələ də davam etməkdə idi. Ölkə içində aclıq və ərzaq ehtiyyatlarının çatışmaması kasıbdan-varlıya hər kəsi təngə gətirmişdi. Ordu daxilində ruh düşkünlüyü, əsgərlər üçün həyati vacib ləvazimat qıtlığı, xəstəlik kimi faktorlar İmperatora qarşı olan inamı sarsıdırdı. İngiltərə əsilli hərbi araşdırmacı Samuel Brekston yazır “Mən Petroqradda 1916-cı ilin qış aylarında oldum. Şəhər çox yaxşı vəziyyətdə idi. Müharibə heç hiss olunmurdu. Arisoktrat təbəqə hər axşam ziyafətlər təşkil edir və rəsmi qəbullarda iştirak edirdilər. Lakin hər kəsi narahat edən bir fakt var idisə, o da hər gün orduda fərarilərin sayının artması idi. Aclıq və şəraitsizlik ucbatından ordudan qaçan əsgərlər, edam edilmək qorxusu altında Bolşeviklərin sıralarına qoşulurdular”.

1917-ci ilin Oktyabr ayında “Böyük İnqilab” baş verdi. İmperator II Nikolay həbs edildi və Müvəqqəti hökümət quruldu. M.Kerenskinin başçılıq etdiyi hökümət də uzun yaşamadı. Sonunda hakimiyyət V.Lenin və L.Trotskinin əlinə keçdi. Lev Trotski qəti şəkildə müharibədən çıxmaq tərəfdarı idi və buna görə 1918-ci ildə separat bir sülh imzalayaraq, rus ordusunun inanılmaz əziyyətlərlə tutduqları bütün torpaqları Alman İmperatoruna bağışladı. O zaman bəlli olmasa da, bu Rusiyanın öz tarixində buraxdığı ən faciəli səhvlərdən biri oldu.

 Yeni dövlət və Təhlükəsizlik orqanları. ÇK-nın formalaşması.

RSFSR 1922-ci ildə dünya siyasi xəritəsində öz yerini tutsa da, ölkə daxilində narazı qüvvələr hələ də fəaliyyətini davam etdirirdi. Bunlar əsasən “Ağ”ların məğlubiyyətindən sonra ayrı-ayrı bölgələrdə gizli şəkildə fəaliyyət göstərən və nisbətən zəif qruplar idi. Bunların qarşısını almaq üçün ölkədə yeni və möhkəm struktura malik təhlükəsizlik orqanı təsis etmək zəruri idi.

Belə bir struktur artıq 1917-ci ildən bəri fəaliyyətdə (gizli) olan “Ümumrusiya Fövqəladə Komissiyası” idi. Polyak əsilliFeliks Dzerjinski tərəfindən əsası qoyulan və idarə olunan bu təşkilat düşmənlərinə qarşı amansız cəza tədbirləri ilə qısa zamanda şöhrət qazanmışdı. Rusiya tarixində “ЧК” (Чрезвычайный Комитет) kimi tanınan bu strukturda ilk illərdə 2500-dən artıq kadrın çalışdığı bildirilir.

1918-ci ilin iyul ayında Feliks Dzerjinski “işində göstərdiyi xüsusi amansızlıqlara və qəddarlıqlara görə vəzifəsindən azad olunur”. İyul ayından avqust ayına qədər sturkturun fəaliyyəti zəiflədiyinə görə Feliks Dzerjinski yenidən vəzifəsinə geri qaytarılır. SSRİ-də “Anadangəlmə ÇK-ist” ləqəbi ilə tanınan Dzerjinski 1926-cı ildə vəfat etsə də 1937-ci il “Qırmızı terrorun” əsas “Beyni” hesab edilir.

Onun göstərişi KP MK sırlarında böyük təmizlik işləri aparılır. Hətta Dzerjinski o qədər nüfuzlu bir fiqura çevrilir ki, ölkə başçısı İosif Stalinin belə göstərişi olmadan istədiyi şəxsləri həbs edir və məhkəməsiz-mühakiməsiz Sibirə göndərirdi. Məhz buna görə V.Leninin ölümündən heç 2 ay keçmədən ölkədə Stalin-Dzerjinski qarşıdurması yaranır.

Böyük Dzerjinski (SSRİ-də adlandırıldığı kimi) 1926-cı il Partiyanın İclasında bir çox xadimi “satqınlıqda” “riyakarlıqda” və “Kommunizmdən dönüklükdə” ittiham edir. Həmin gün böyük həyəcan keçirən Dzerjinski bir neçə saat sonra ürək çatışmazlığından dünyasını dəyişir.

ÇK-nın KGB-yə çevrilməsi

Böyük Dzerjinski artıq dünyada olmasa da onun yaratdığı ÇK formalaşaraq tamam ayrı bir Dövlət Təhlükəsizlik Komitəsi (KGB) sistemə çevrilir və – Dövlət Təhlükəsizlik Komitəsi (KGB) adlanmağa başlayır. 1991-ci ildə süqutuna qədər bu təşkilat dünyanın ən güclü kəşfiyyat və təxribat qruplarından biri olmağa müvəffəq olur. Qeyri-rəsmi statisikiya görə KGB-nin 2000-dən çox xarici vətəndaşlardan ibarət casus şəbəkəsi mövcud idi. Məhz bu şəbəkə 1946-1991-ci illər arasında davam edən “Soyuq Müharibə” dövründə SSRİ-ni Qərb ölkələrinə qarşı ayaqda tutmağa müvəffəq olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.