Əhməd Davudoğlu – “Stratejik Derinlik”

Stratejik Derinlik

Bu ilin əvvəlində “Stratejik Derinlik” kitabının tərifini çox eşitdikdən sonra yaxın bir dostumun da yardımı ilə kitabı Türkiyədən əldə edə bildim. İlk öncə kitaba iradlarım : Kitabın dili həddindən artıq fəlsəfidir. Əsər bir az dar çərçivədə yazılıb və digə ölkələrin xarici siyasətləri ilə müqayisələr çox zəif şəkildə əks edilmişdir. Lakin ümumilikdə Türkiyə siyasəti ilə maraqlananlar üçün pis başlanğıc sayılmaz. 

Strateji Dərinlik  Türkiyənin Beynəlxalq Mövqeyini (Strategic Depth) ətraflı, bir az da fəlsəfi formada əks etdirən əsərdir. Kitabın müəllifi Türkiyə Xarici İşlər naziri, tarix və siyasi elmlər üzrə dosent Əhməd Davudoğludur.

Kitab soyuq müharibənin əvvəli və sonrası dünyadakı beynəlxalq sistemi araşdırmaqda və dəyişən quruluşda Türkiyənin mövqeyini ortalığa qoyan bir kitabdır. Sağlam bir anlayışın, bir ölkənin üzərində yüksəldiyi təməlləri qavrayışla mümkün olduğu fikrində olan yazar,  Türkiyənin Osmanlı İmperatorluğu mirasıyla əlaqələrini göstərməkdə və mədəniyyət hövzəsinin yatdığı Balkanlar – Anadolu – Orta şərq – Şimal Afrika – Qərb Asiya bölgəsiylə tarixi və orqanik bağlarının yüklədiyi məsuliyyətlər söz açır.

Kitab 3 ana hissədən ibarətdir.

1. Tarixi və nəzəri çərçivə.
2. Nəzəri çərçivə.
3. Tətbiq sahələri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.