Corc Oruell – Heyvanıstan

 İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox “1984″ romanından tanışdır. Lakin Oruell “1984″-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın – “Animal farm” – “Heyvanıstan” romanının müəllifidir. Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental “1984″ romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür.Həcmcə o qədər də böyük olmayan “Animal farm” romanı ilə Oruell bütünlükdə totalitar siyasi təfəkkürün və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdi.

Kitab Azərbaycan Respublikasının keçmiş Xarici İşlər Naziri və hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev tərəfindən tərcümə edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.