A.Qonçarov – “Səddam Hüseynin hərbi siyasəti”

imagesYaxın Şərqin tarixi olduqca mürəkkəbdir. Sayı hesabı olmayan dövlət xadimləri, dövlət çevrilişləri, inqilabi dalğalar və radikal təşkilatlar. Bu dönəmdə silinməz iz qoyan fiqurlardan biri də Səddam Hüseyn olmuşdur. İraqdakı Bəəs partiyasının yetişdirməsi olan Səddam Hüseyn 1969-cu ildə hakimiyyətə gəlmiş və 2003-cü ilə qədər Şərqin ən xarizmatik siyasi fiqurlarından biri kimi qəbul edilmişdir.

A.Qonçarov SSRİ-nin Yaxın Şərq ölkələrində uzun müddət yaşamış diplomatik nümayəndəsi olmuş və Səddam Hüseynlə şəxsi dostluq əlaqələrində olmuşdur. Kifayət qədər populyar hərbi mütəxəssis olan A.Qonçarov bir müddət SSRİ-nin Bağdadaddkı səfiri olmuşdur.

Yazdığı kitabda Səddam Hüseynin hakimiyyətə gəlişindən bəri Şərqdə baş verən dəyişiklikləri qələmə alan, onun hərbi siyasətini qiymətləndirən və Ərəb ölkələri ilə qəliz münasibətlərini ortaya qoyan müəllif eyni zamanda İraqın hərbi potensialındakı məfilikləri, qəddarlıqları və misli görünməmiş korrupsiya hallarından bəhs edir.

Kitab İraq üzrə ixtisaslaşanlar üçün yaxşı mənbə sayıla bilər.