Abbas Milani – The Shah

920x920İran əsilli amerikan yazıçısı, və siyasi tədqiqatçısı Abbas Milaninin qələmə aldığı “Şah” kitabı özündə Pəhləvi xanədanlığının son nümayəndəsi olan Rza Şahın həyatını, düşüncələrini, daxili və xarici siyasətini əks etdirir. Kitab 435 səhifədən ibarət olub bir neçə hissəyə bölünür. İlk hissə İranda XX əsrin əvvəllərində cərəyan edən siyasi proseslərə, ikinci hissə Pəhləvilərin hakimiyyətə gəlişi və üçüncü hissə Rza Şahın hakimiyyət illərini əhatə edir. 

Kitabın müsbət cəhəti Pəhləvi rejiminə dair az bilinən tarixi faktları cəmləşdirməsidir. İranda Müsəddiq hakimiyyəti dövründə pərdəarxası siyasi intriqalar, xarici kəşfiyyat orqanlarının ölkədə törətdikləri müxtəlif təxribatlar, üstü açılmayan siyasi qətllər və Şahın saraydan kənar yaşadığı eşq macəraları. Kitab İranın XX əsr yeni dövr tarixi ilə yaxından maraqlananlar üçün gözəl mənbədir.