Ahmet Ümit – “Bir ses böler geceyi”

downloadYenidən böyük bir həvəs və acgözlüklə oxuyub bitirdiyim Ahmet Ümit klassiklərindən olan “Bir ses böler geceyi” adlı romanı bütün oxucularıma tövsiyə edirəm. Hər romanı və kitabı ilə məni sevindirməyə davam edən bu əvəzedilməz yazıçı özünün əsrarəngiz tərzindən heç nə itirmir.

Adı çəkilən növbəti romanı 2 şaxədən ibarətdir. Birinci hissə Süha adlı gənc alimin qaranlıq və yağmurlu gecədə avtomobili ilə kənddən qəsəbəyə getmək çabasından və uğradığı qəzadan başlayır. Kömək məqsədilə bir qaranlıq kəndə gəlib çıxan Süha fikir verir ki, kənddə hürən itlərdən başqa heç kim yoxdur. Bir anlıq Süha cənnət-cəhənnəm fikirləri arasında gedib gəlməyə başlayır və qeyri iradi öz həyatından əsas məqamları xatırlamağa başlayır.

Süha Türkiyədə 60-70-ci illərdə, solçuluq hərəkatının geniş vüsət aldığı günlərdə öndə gələn gənc solçu liderlərdən idi. Daha sonra itirdiyi silahdaşlar və həbs həyatı. Həbsdən sonrakı dönəmdə həyata adaptasiya olmağın çətinliyi və qəlizliyi onu müxtəlif yeni düşüncələrə aparır.

Romanda mistika, realizm, siyasət, dini çarpışma və psixologiyadan alınma elementlər çox ustaca istifadə edilib. Oxumağı tövsiyə edirəm.