Ahmet Ümit – “İstanbul Hatırası”

AHMET-UMIT-ISTANBUL-HATIRASI-100-ORIJINAL__32480244_0Ahmet Ümit son dönəmdə yazdığı romanları ilə sadəcə Türkiyədə yox, eyni zamanda bir sıra ölkələrdə fenomen halına gəlmişdir. Bir neçə ildir mütaliə etdiyim Ahmet Ümit romanları oxucunu sadəcə tarixi reallıqlar, siyasi çaxnaşmalarla yox, onun öz daxilindəki gizli bir qüvvə ilə üzləşdirməyə qadirdir.

“İstanbul xatirəsi” romanı da bu silsilədəndir. Əsrarəngiz şəkildə qətlə yetirilmiş 7 insan, cəsədlərin qatillər tərəfindən atıldığı 7 əsas tarixi məkan. Bununla qatillər bu cinayəti araşdıran “Başkomiser Nevzat”-a mesaj vermək istəyirlər.

İstintaqın dərinləşməsi ilə aralanan sirr pərdəsi və qətllərin baş xəfiyyə Nevzatın keçmişi ilə ortaq nöqtələrdə kəsişməsi. Lakin yenə Ahmet Ümit qələmi əsərə həyəcanlı və çox maraqlı bir sonluq verərək oxucuya öz mesajını çatdırır.

Kitabı tarixi dedektiv janrını sevən hər kəsə tövsiyə edirəm.