Ahmet Ümit – Kar Kokusu

0000000350641-1Artıq bloqumun oxucularının yaxşı tanıdığı Ahmet Ümitin növbəti romanını da beləcə başa vurdum. Hər zamankı özünəməxsus yazı tərzi və dedektiv janrı ilə yazıçı Qar qoxusu romanında oxucuları 1980-ci illər SSRİ-nə aparır. İnternaionalın vətəni olan Moskva və hər millətin nümayəndələrinin peşəkar inqilabçı olmaq üçün təhsil almağa gəldikləri Lenin İnstitutu.

Bu dəfə TKP (Türkiyə Kommunist Partiyası) üzvü olan türk tələbə qrupunun başında böyük bəla var. İnstitutun həyətində yoldaşlarından biri Mehmet vəhşicəsinə qətlə yetirilir. Bütün türk tələbələr şübhəli şəxs qismində dindirilirlər. İstintaqa isə KQB agentləri Viktor və Nikolay başçılıq edirlər. Lakin cinayətin qəribəliyi həm türkləri həm də KQB agentlərini çox çətin vəziyyətə salır. Məqsəd türklərin arasında fəaliyyət göstərən “köstəbəyi” tapmaqdır.

Roman siyasi – tarixi dedektiv janrındadır və yarı avtobioqrafik xarakter daşıyır. Hər kəsə tövsiyə edirəm.