Ahmet Ümit – “Kavim”

406623 Oxumağa davam etdiyim Ahmet Ümit seriyası klassik dedektiv ədəbiyyatından fərqli olaraq sizi və şüurunuzu yormaq əvəzinə əksinə, hər sətirlə insanı daha çox əsərin içinə çəkir.

Bu dəfəki roman “Kavim”, İslam və Xristianlıq dinlərinin kontekstində cərəyan edən bir cinayət hadisəsindən bəhs edir. Evində “Xaç qəbzəli” bir xəncərlə qəlbindən vurulan naməlum “Yusuf Akdağ”, cinayətkarın niyə Xaç simvollu xəncərdən istifadə etdiyini aydınlaşdırmağa çalışan ” komissar Nevzat”  və köməkçisi “komissar Ali”, istintaq zamanı ortaya çıxan sirli hadisələr və Xristianlığın Süryanı məzhəbinə sitayiş edən İstanbulun azsaylı xalqı.

Əsər süjet xətti cəhətdən olduqca zəngindir çünki əsərdə personaj sayısı olducaq çoxdur və onların hər biri haqqında ətraflı məlumat verilir. Nəticə etibarilə kitab yenə də oxucunun gözləmədiyi bir şəkildə sona çatır.

Kitabı bütün roman sevərlərə tövsiyə edirəm. Kitabı “Əli və Nino” mağaza şəbəkələrindən əldə etmək mümkündür.