Ahmet Ümit – “Kukla”

Kukla-Ahmet-UmitHamımıza “Kar kokusu” (Qar qoxusu) , “Sultanı öldürmek” (Sultanı öldürmək), “Kukla” (Kukla) kimi romanları ilə yaxşı tanış olan AHmet Ümitin bu dəfə “Kukla” romanına resenziyamı təqdim edirəm. Öncəki postlarda olduğu kimi qeyd edim ki, mənə görə bu yazıçının pis əsəri yoxdur. Əksinə, bütün kitabları özünəməxsus axıcı dilə və rəngarəngliyə sahibdir.

Kukla romanı özündə dedektiv, tarix, siyasət və publisistikanın müxtəlif çalarlarını birləşdirir. Belə ki, araşdırmacı jurnalist Adnan əsərin baş qəhrəmanlarından biridir.
Hadisələr onun ətrafında cərəyan etməyə başlayır. Ölkənin tanınmış araşdırmaçı jurnalistlərindən olan Adnan son illər içkiyə meyl etmiş, ailəsi dağılmış və keçmiş güclü əlaqələrini itirmişdir. İş yoldaşları isə onun bu halından sui istifadə edərək baş redaktor vəzifəsi uğrunda mübarizə aparırlar.

Bu dəmdə 20 il fasilədən sonra heç gözlənilmədən Adnan marketdə öz ögey qardaşı Doğanla rastlaşır . Bu ani təsadüf deyil. Adnan özü də bunu başa düşsə də Doğan başının bəlada olduğunu və onun köməyinə ehtiyacı olduğunu deyir. 20 il bundan əvvəl Adnan qardaşı Doğanı koloniyada (hərbi həbsxana növü) olarkən görmüşdü. Doğan tələbə olarkən Türkiyədə 70-80-ci illərdə gizlicə yaranan “Bozqurdlar” dəstəsinə qoşulur və millətçi şüarların təsiri altına düşür. Adnan isə əksinə, Türkiyənin ən öndəgələn solçu-yazıçılarından birinə çevrilir və bununla da iki qardaş düşmən mövqelərdə dayanırlar.

Doğan bozqurdçu dostları ilə birgə solçu bir tələbəni silah zoru ilə qaçıraraq qətlər yetirir və hər üçü 13 il həbsə məhkum edilir. Bir neçə il sonra Doğan əsrarəngiz şəkildə həbsxanadan yoxa çıxır və bir daha Türkiyəyə qayıtmır. Adnan bunları nəzərə alaraq böyük bir avantüranın baş oyunçusuna çevrilir.

Əsərdə Türkiyənin 80-ci illərdəki siyasi və daxili vəziyyəti ətraflı təsvir edilir. Türkçü – solçu qarşıdurması, baş verən hərbi çevriliş, solçuların qəddarcasına qətlə yetirilməsi və həbs edilməsi dövrlərlə yazıçının dili ilə oxucuya çatdırılır.

Kitabı hər bir oxucuya məsləhət görürəm