Ahmet Ümit – “Sis ve gece”

Sis-ve-GeceAhmet Ümitdən növbəti maraqlı bir roman “Sis ve gecə” türk rejissorlarının filmə aldığı bir neçə triller – dedektiv janrlı filmlərin əsas süjet xətti olmuşdur. Romanın baş qəhrəmanı, türkiyə kəşfiyyat orqanlarının əməkdaşı Sedatdır. Sedat ailə ənənəsi olaraq bu vəzifəyə gəlmiş çünki atası, əmisi və babası da MİT əməkdaşları olmuşdular. Sedat öz əmisinin rəhbərliyi altında işləyir və evli olmasına baxmayaraq gənc tələbə Mineyə aşiqdir. Mine ilə aralarındakı eşq ortaya çıxarsa böyük qalmaqal yarana bilər.

Sedat evli və uşaqlı olsa da ailə həyatında elə də xoşbəxt deyil çünki o əmisinin seçdiyi qızla təzyiq altında ailə həyatı qurmuş və özünü bu iş üçün qurban vermişdir. 

Hadisələr Minenin yoxa çıxması ilə daha da qızışır. Sedat bu işdə MİT-in barmağının olduğundan şübhələnir və sevgilisini axtarmaq üçün işlətə başlayır. Lakin dərinə getdikcə Sedat daha da çirkin yalanların üstünü açır. Roman həmçinin 1980-ci illərdə Türkiyədə baş verən siyasi hadisələrdən də bəhs edir. Hərbi çevriliş, MİT-in yerli mafioz qruplarla və kürd əsilli iş adamları ilə çarpışması və s.

Roman hər zamankı kimi axıcı dilə və maraqlı süjet xəttinə malikdir. Oxumağa tövsiyə edirəm.