Ahmet Ümit – “Sultanı Öldürmek”

Müasir türk yazıçıları arasında dünya səviyyəsində tanınan Ahmet Ümitin əsərləri artıq bir neçə dilə tərcümə edilmişdir. O cümlədən onun romanları yunan dilinə tərcümə edilən ilk kitablar hesab edilir. Ahmet Ümit hazırda solçu-kommunist yazar kimi məşhurdur və əsərlərinin əsas mövzusu psixoloji və ya tarixi-dedektiv mövzularıdır.

İlk oxuduğum əsər “Sultanı Öldürmek” romanı oldu. Roman 500 səhifə təşkil edir və 150.000 – dən çox nüsxədə satılıb. Hadisələr Müştak Serhazin – Nüzhet Özgün adlı tarix professorları arasında baş verir. 21 il bundan əvvəl sevgili olan bu elm adamlarının həyatı Nüzhet xanımın əsrarəngiz şəkildə evində öldürülməsilə bambaşqa şəkil alır. Cinayətin əsas şübhəlisi Nüzhetin gənclik sevgilisi Professor Müştak Serhazindir. Lakin Müştak törətdiyi cinayəti qətiyyən xatırlamır və özünü günahkar sayır. Polisdən gizlənmək üçün bütün sübutları yox edir və əsərin sonuna qədər özünü günahsızmış kimi göstərməyə davam edir .

Əsərin növbəti mərhələlərində Komise Nevzat, Komiser Ali, Psixoloq Şaziye hanım, ölkənin məşhur elm adamı Professor Tahir Hakkı, asistanları Çetin, Erol, Sibel və Müştak Serhazinin asistanı Akın.  Əsərin bütün qəhrəmanları romanın sonuna qədər şübhəli qismində tək-tək incələnir. Hər kəs bu cinayətin Osmanlı İmperiyasının 7. sultanı Fatih Sultan Mehmet ilə əlaqəsini olduğunu düşünür.

Cinayətkarı tapmaq çətin olsa da, “Mükəmməl cinayət yoxdur” prinsipi yenidən işə yarayır. Hər bir kəsə oxumağı tövsiyə edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.