Alan Akselrod – “Napoleon – liderliyin qanunları”

1604733_1063454730347006_3765382612365953624_nUzun müddət fasilədən sonra yenidən sevimli idolum olan Napoleon Bonapart seriyasına dönüş etdim. Sayca bu Naopleon haqqında 19-cu kitabımdır.

Tarixdə silinməz iz qoyan bu şəxsiyyətin bioqrafiyası o qədər çoxşaxəli, rəngarəng və əsrarəngizdir ki, hər mütaliə əsnasında yeni faktlar öyrənməkdən oxucu doymur. Bonapart istər strateq dühası ilə, istərsə diplomatik və əsil dövlət idarəçiliyi dühası ilə bu gün belə bir çox dövlət idarəçilik sisteminə təsirini göstərməkdədir. Onun fəaliyyəti və həyatı misilsiz uğurlarla doludur.

Tanınmış amerika yazıçısı, jurnalisti və psixoloqu Alan Axelrod özünün bu kitabında Napoleon Bonapartın liderlik tərəfini görünməmiş formada aşkara çıxarmağa çalışır. Uşaqlıq dönəmi, hərbi məktəbdə keçən gənclik dövrü, yetkinlik dövründə misilsiz hərbi karyera və Parisin ən gözəl xanımı Jozefina ilə ailə həyatı.

Kitab olduqca maraqlı və axıcı dilə malikdir. İmperator taxtı uğrunda gedən bütün həyat mərhələləri ətraflı şəkildə analiz edilir və səbəblər göstərilir. Bonapart ilə maraqlananlar üçün kitab yaxşı bir başlanğıc ola bilər.