Alber Kamyü – “Xoşbəxt ölüm”

Alber Kamyü "Xoşbəxt Ölüm"
Alber Kamyü “Xoşbəxt Ölüm”

Bu həftə kitab rəfimdə ezistensionalizm cərəyanın ən parlaq dühası hesab etdiyim Alber Kamyünün “Xoşbəxt ölüm” romanı var. Əsər azərbaycan dilinə tərcümə edilib və dili kifayət qədər anlaşıqlıdır.

Roman müəllifin sağlığında çap olunmamış, yalnız ölümündən sonra ailə üzvləri tərəfindən nəşr edilmişdir. Əsər “xoşbəxtlik” və “varlığın” absurdluğundan bəhs edir. Xoşbəxtliyi axtarmağa çalışan lakin sonunda həyatın və varlığın elə geniş məfhumda absurd olduğunu anlayan baş qəhrəman hər şeyi olduğu kimi qoymaq qərarına gəlir. Çünki həyatda heç nədən dad və ləzzət almamağa başlamışdı.

Kitabı bu janrın izləyicilərinə xüsusilə tövsiyə edirəm. Alber Kamyü yaradcılığı ilə tanışlıq hər bir gənc ədəbiyyatsevər üçün zəruridir.