Aleksandr Duqin “GeoSiyasətin” əsasları

Mr.Yazar-ın “Kitab” rəfində bu həftə. Əsasən beynəlxalq münasibətlər və politologiya ixtisası üçün. Rusiyanın
ən məşhur politoloqu , REA-nın həqiqi üzvü , Aleksandr Duqinin “GeoSiyasətin əsasları” kitabı. A.Duqinin bu əsəri bir çox xarici ali məktəblərdə “qanuni” dərslik formasına gəliç çatmış kitabdır. Halbuki bir vaxtlar o təhsil aldığı Moskva Dövlət Universitetindən bizim uşaqların dili ilə desək

“qayıb limiti”nə görə qovulmuşdu. Aleksandr Duqin həm hərbi ekspert , filosof , politoloq , tədqiqatçı-jurnalist və s. birdən olmağı

bacaran və mənim heyran olduğum tək-tük insanlardandır. Uzun müddət küçələrdə “veyllənən” Duqin öz ixtisasını tədqiqatda tapır və qısa zaman ərzində diplomunu müdafiə edir, hətta onun rəngini “qırmızı” eləməyə müvəffəq olur.

Əsərdə Atlantik ittifaqın və Sosialist düşərgəsinin müharibəsi təsvir olunur. Müəllifin verdiyi əsas sual “Niyə M.Qorbaçov” və niyə məhz “1989-cu il” ?!.

Bu suallara cavab tampmaq istəyən kitabsevərlərə öz rəfimdən bu kitabı uzadıram. İndi bəzi “vətənpərvərlər” durub başıma qaxsalar ki :

– Rus pisdi,kitabını niyə oxuyursan və nə bilim filan.

Cavab: Ləzzət eləmir sənə ,amma  hələ daha çox uzun müddət onların sifətini görməyə məcbur olacaqsan.

Sizə edə biləcəyim yaxşılıq – Kitabı YÜKLƏ

“Aleksandr Duqin “GeoSiyasətin” əsasları” üzərinə 2 düşüncə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.