Ali Allawi – “I Feysəl, Yaxın Şərqə səyahət”

Faisal-of-Iraq-243x366İraq əsilli Amerikan tarixçısı və araşdırmaçısı Əli Əlavinin qələmə almış olduğu yarı avtobioqrafik, yarı tarixi kitab Ərəb dirçəlişi dövründə mühüm iz qoyan Məkkə şərifi, İraq-Suriya Birləşmiş krallığının qurucusu (qısa zamana da olsa) daha sonra İraq kralı olmuş I Feysəlin həyat və fəaliyyətindən bəhs edir.

Entuziazmla dolu olduğu qədər iri ambisiyalara malik gənc şahzadə Feysəlin uşaqlıq arzusu keçmişdəki möhtəşəm Ərəb xilafəti yenidən dirçəltmək və koloniya zülmü altında yaşayan ərəbləri yenidən ağ günə çıxarmaq idi. Bunun üçün o dövrün mühüm coğrafi ərazisini əhatə edən Osmanlı dövləti aradan qalxmalı, imperialist hakim dairələr Şərqi tərk etməli idi. 

Nəticədə Feysəl Qərblə birləşməyə qərar verir. Müəllif bu hissədə öz analizlərini oxucuya təqdim edərək məhz bu dövrün ərəblərin sonrakı taleyində necə həlledici olduğunu göstərməyə çalışır. Yaxın Şərq tarixinin bilinməyən tərəflərini öyrənmək üçün kitab yaxşı mənbə sayıla bilər baxmayaraq ki çatışmaz tərəfləri də kifayət qədər çoxdur.

Kitabı amazon.com – dan əldə edə bilərsiniz.