Amin Maaoluf – Səmərqənd

CAS69Livan əsilli fransız yazıçısı Amin Maalouf müasir dünya ədəbiyyatının ən çox tələb edilən qələmlərindən biridir. Yazıçının dünyaca məşhur romanlarından olan “Səmərqənd” romanı da artıq azərbaycan dilinə tərcümə edilib.

Roman orta əsr Şərqinin əfsanəvi alimlərindən və şairlərindən biri olan Ömər Xəyyamın həyatından və o dövrün siyasi çəkişmələrindən bəhs edir. Nişapurlu Ömər o dövrün bütün elmlərinə vaqif olduqdan sonra Səmərqəndə səyahət edir. Bu onun başına gələcək macəraların başlanğıcı olacaqdı. 

Romanın müsbət cəhəti oxucuya o dövrü çox ətraflı şəkildə izah etməsidir. Səlcuqilər İmperiyasında baş verən daxili çəkişmələr çox aydın şəkildə təsvir edilir. Bununla belə yazıçı bəzən xronoloji ardıcıllığa əhəmiyyət vermədən hadisələri pərakəndə şəkildə oxucuya çatdırır. Lakin romanın çox məhsuldar olduğunu nəzərə alsaq bu çatışmazlığı yazıçıya bağışlamaq olar.

Şərq fəlsəfəsi və ədəbiyyatı ilə maraqlananalar üçün romanı hər kəsə tövsiyə edirəm.