Andre Klo – “Harun ər-Rəşid və 1001 gecə əfsanələri”

imagesFransız əsili şərqşünas Andre Klonun qələmə aldığı “Harun ər-Rəşid” əsəri özündə Ərəb Xilafətinin yarandığı dövrü, Əməvilər və Abbasilər hakimiyyətinin dövrlərini birləşdirir. Əməvilərin Suriyada hakimiyyətə gəlməsi, işğalçılıq müharibələri və Abbasi nəslinin Əməviləri sıxışdıraraq devirməsi, Bağdad şəhərinin əsasının qoyulması kimi hadisələri göz önündə canlandıran bu kitab Şərq tarixinə qısa bir səyahət üçün konkret mənbə ola bilər.

Kitabın sonrakı fəsilləri Harun ər Rəşid dövrü və onunla bağlı 1001 Gecə əfsanələrindən danışılır.
Harunun dövründə Xilafətin öz qüdrətinin ən pik nöqtəsinə çatması amma eyni zamanda tənəzzül dövrünün başlanması,  taxt uğrunda daxili çəkişmələr və Bizans üzərinə yürüş kimi hadisələri şərh edən müəllif bununla yanaşı böyük imperiyanın süqutunun da səbəblərini oxucunun diqqətinə çəkir. Orijinal dil fransız dilindədir, lakin dili bilməyənlər kitabı rus dilində oxuya bilərlər. Kitab burda satılmır, onlayn şəkildə sifariş vermək mümkündür.