Andrey Platonov – “CAN”

Andrey-PlatonovSSRİ senzurasının “qara siyahısı”na adı yazılan məşhur yazıçılardan biri də Andrey Platonov olmuşdur. Andrey Platonovun əsərlərini daha öncə yalnız rus dilində mütaliə etmişdim, çünki onun sürgün və həbs həyatı yaşaması 50 yaşında vəfat etməsi ilə nəticələnmişdir.

Uzun müddət bu insanın əsərləri qadağan olunmuş əsərlər hesab edilirdi. İlk dəfə məşhur “CAN” povesti bizim dilimizə tərcümə olundu. Qərara aldım ki,mütləq mütaliə edim. Bu gün povesti bitirdim. Tərcümə kifayət qədər sadə və anlaşıqlıdır. Mövzu: Yeni yaranan SSRİ-i dövləti hər yerdə hərbi yolla (zorla) sosializmi qəbul etdirir. Xalqlar hərb yolu ilə itaətə gətirilir. Bir gün Moskva Universitetinin məzunu Nəzər Cağatayevə gənc bir bolşevik kimi MK-dan tapşırıq gəlir. O, ucsuz bucaqsız səhraya gedib, öz xalqını (CAN xalqı) axtarıb tapmalı və onu sosializm yoluna gətirməlidir.

Bu dəfə hər şey başqa cür olur. Nəzər öz xalqına sosializmi sevdirərək qəbul elətdirir və onları səhradan çıxararaq həqiqi həyata qovuşdurur. Əsərin əsas ideyası “insan azadlığı” və “şəxsiyyət problemidir”.

Oxumağı tövsiyə edirəm. Qiyməti 4 AZN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.