Andrey Qromıko – Xatirələr

1Bu dəfə kitab rəfimdə maraqlı bir o qədər də tarixi əhəmiyyətli bir kitab var. SSRİ-nin ABŞ-dakı ilk səfirlərindən biri, daha sonra Böyük Britaniya Krallığındakı səfiri, II Dünya müharibəsi ərəfəsində Vaşinqton-Moskva arasında əsas körpü rolu oynayan və Yalta görüşünün əsas təşkilatçılarından biri SSRİ Xarici İşlər naziri Andrey Qromıkonun xatirələridir.

Kitab onun sağlığında yazılsa da dərc edilməmişdir. Ölümündən xeyli müddət sonra böyük oğlu Anatoliy Qromıkonun təşəbbüsü ilə kitab dərc edilmişdir.

Kitab Andrey Qromıkonun uşaqlıq illərini, daha sonra akademik sahədə olan fəaliyyətini və daha sonra Xarici İşlər Komissarlığındakı (XİN) həyat dövrlərini əhatə edir. Şəxsən KP MK-nın I katibi İosif Stalin tərəfindən Vaşinqtona səfir təyin edilən Qromıkonun əsas missiyası ABŞ ilə soyuq münasibətlərin yaxşılaşdırılması idi.

SSRİ xarici siyasəti ilə maraqlananlar üçün kitab yaxşı mənbədir. Kitabı onlayn sifarişlər Moskvanın kitab mağazalarından əldə etmək mümkündür.