Antonio Tabukki – “Pereyra iddia edir”

A.TabukkiSon 4 ildə təqdir etdiyim bir məsələ varsa, o da dünya dahilərinin əsərlərinin kütləvi surətdə bizim dilimizə tərcümə olunmasıdır. Latın kökənli ölkələrin ədəbiyyatı ilə elə də yaxından və dərindən tanış deyiləm. Sadəcə bəzi gözümə çarpan ədibləri mütaliə etmişəm. Antonio Tabukkini ilk dəfə 11-ci sinifdə oxuyarkən tanış oldum. Əsərlərini maraqlı edən bir şey var idisə o da onların real hadisələr üzərində qurulması idi.

 

 

İnsanı həddən artıq sentimentallaşdırmır. Məhz buna görə bu gün də Antonio Tabukki mənim sevimli yazarlarımdan biri olaraq qalmaqdadır.

Bu dəfə A.Tabukkinin “Pereyra iddia edir” povesti əlimə keçdi. Yenicə bitirdim və çox bəyəndim. Əsər tarixi hadisələr üzərində qurulub və 1938-1939-cu illər arasında cərəyan edir. Ölkədə qəddar diktatura rejimi fəaliyyət göstərir. Baş qəhrəman reportyor Doktor Pereyradır. İstəmədən Doktor Pereyra özünü ölkə daxilndəki siyasi proseslərin içində görür. Bu proseslər sonunda onun üçün heç də gözləndiyi kimi sonlanmır.

Əsəri oxumağı hər bir kəsə məsləhət görürəm. Realizm cərəyanı tərəfdarları üçün kifayət qədər maarifləndirici kitab hesab edilə bilər.

Kitabı şəhərin mərkəzindəki mağazalardan əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.