Ayşe Kulin – “Veda”

Müasir türk ədəbiyyatının usta qələmlərindən biri olan Ayşe Kulinin dünyaca məşhur romanlarından biri sayılan “Vida” Osmanlı İmperatorluğunun son günlərini təsvir edən möhtəşəm bir əsərdir. Əsər mərkəzində Osmanlının sonuncu maaliyyə naziri Əhməd Rəşad bəy əfəndi və onun ailəsinin başına gələnlər durur. Əhməd Rəşad İngilislərin işğalı altında olan İstanbulda həm ailəsini həm də qanun qaçağı xalasının nəvəsi Kamalı müdafiə etmək üçün səfərbər olur.

Kamal millətçi fəaliyyətlərinə görə ingilislər tərəfindən axtarışdadır. O, yaralı halda dayısının evində gizlənir və qəfildən uzaq qohumları olan Mehparəyə aşiq olur. Əsərin mənfi qəhrəmanı Kamalın nənəsi və Əhməd Rəşad bəyin xalası Saraylı xanımdır. Saraylı xanım ətrafındakı hər şeydən və hər kəsdən narazı olan bir obrazdır.

Romanın sonlarına doğru Əhməd Rəşad oğlu kimi sevdiyi Kamala dəstək olmaq üçün onu Anadoluya yola salır. O zaman Anadoludakı millətçilərə gənc zabit Mustafa Kamal Paşa başçılıq edirdi. Kamal nə olursa olsun Anadoluya çatmalı və Mustafa Kamal Paşa ilə görüşüb İstanbuldakı vəziyyəti ona bildirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.