Bernhard Şlink – “Qiraətçi”

The reader
The reader

Bernhard Şlink yaradıcılığı ilə ilk dəfə bu yay tanış oldum. Əvvəl yalnız ordan-burdan “Qiraətçi” romanının maraqlı olduğu barədə sözlər eşitsəm də yalnız bu gün romanı bitirdim.

Mənim üçün bu kitabı dəyərli edən də onun mənə qardaşım tərəfindən hədiyyə edilməsi idi.

Qiraətçi romanı 15 yaşlı oğlanla 36 yaşlı qadının eşq macərası ilə başlayıb, hər iki tərəfin həyat faciəsini əks elətdirir. Sarılıq xəsətəsi Mixael 36 yaşlı Hanna Şmits ilə yolda tanış olur. Sonradan Mixael istəmədən dən olsa frau Hannaya bağlanır. Üçüncü gün gəldiyində Mixael şəhvətini gizlədə bilmir və onlar sevişməyə başlayırlar.

Mixaelin həyatı çox qəribədir. Oğlan gimnaziyasında oxuduğu illərdə o, qızlardan qaçır. Özünə inamı yoxdur və özünü zəif məxluq kimi görür. Hanna ilə görüşmək üçün dərsdən qaçır. Nəhayət bir gün Hanna biləndə ki, Mixael görüş üçün dərsdən qaçır əsəbiləşir və onu qovur. Ondan dərslərini oxumağı tələb edir.

Bir gün Mixael Hannanı evində tapmır. O,gizlicə köçüb gedir və məktub belə qoymur. İllər keçir. Mixael artıq 23 yaşlarında. Hüquq fakültəsinin tələbəsidir. Müəllimi onu təcrübə məqsədilə məhkəməyə gətirir. II Dünya müharibəsindən sonra ibranilərə qarşı cinayətdə 5 qadın müttəhimdir. Mixael inana bilmir,çünki qadınlardan biri də Hanna Şmitsdir. Hanna Şmiti kilsə yanğını zamanı 300 yəhudinin qətlində iştirakdan həbs edirlər. Məhkəmə onu ömürlük həbs edir.

Sonunda vəkil Mixaelin və dustaq Hannanın yeni faciəsinin əsası qoyulur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.