Boris Tennenbaum – “Böyük Napoleon”

“Böyük Napoleon”Məşhur rus “Napoleonşünas”larından biri olan Professor Boris Tennenbaum elm aləmində özünəməxsus bir tərzlə tanınır. Napoleon haqqındakı araşdırmaları dünyanın müxtəlif dillərinə tərcümə olunub. Son əsərlərindən “Böyük Napoleon” bir nəfəsə oxunulan kitablar silsiləsinə aiddir.

I Napoleon mənim heyranı olduğum ən böyük sərkərdə və dövlət xadimidir. Qurduğu qanunlar layihəsi və Avropa xəritəsi müasir günümüzdə də hərbi məktəblərdə və akademiyalarda tədris olunmağa davam edir. Hərb və idarəçilik dahisinin həyatı hərtərəfli əhatə edilib.

Kitabda Napoleonun uşaqlıq dövrü və ailəsi haqqında məlumat növbəti hissələrdə gənc Napoleonun “Ordu Generalı” vəzifəsinə təyin edilməsindən sonrakı həyatı əks olunub. Kitabın çatışmayan cəhəti dilinin lazım olduğu qədər axıcı olmamasıdır. Oxuculara bir az darıxdırıcı gəlsə də Napoleon dövrünü dərindən bilənlər üçün kitab əvəzsiz mənbədir.

Avropanın müasir tarixi ilə maraqlanananlara xüsusilə tövsiyyə edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.