Ceyhun Hacıbəyli – Xatirələr

ce-500x500Cari ilin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə Azərbaycan dövlətçilik tarixində özündə yer etmiş, görkəmli yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin xatirələri fransız dilindən – azərbaycan dilinə tərcümə edilmişdi. Ceyhun bəy Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyətində xüsusi çəkisi olan məşhur Hacıbəylilər nəslinin görkəmli nümayəndələrindən biridir. O, böyük ədəbiyyat, və dövlət adamı olmaqla yanaşı həm də maarifçi ziyalı idi.

Ceyhun bəyin yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatının sanballı bir hissəsini təşkil edir. Azərbaycan reallıqları, o cümlədən dünyada baş verən proseslər onun yaradıcılığında böyük yer tutub. Azərbaycançılıq Ceyhun bəyin böyük amalı olub. Onun yaradıcılığını iki – mühacirətə qədər və mühacirətdən sonrakı dövrə bölmək olar. Mühacirətə qədər olan dövr 1905-1919-cu illəri əhatə edir. Ceyhun bəyin hekayələri, “Hacı Kərim” povesti həmin illər aralığında dövri mətbuatda çap olunub.

Xatirələr kitabı Ceyhun bəyin fransız dilində qələmə aldığı əsas toplu hesab edilir. Tərcümənin nə dərəcədə mükəmməl olduğunu demək çətin olsa da belə bir təşəbbüsün özü çox böyük mənəvi əhəmiyyət kəsb edir. Xatirələr daha çox “Novella” janrına xitab edir və 3-cü şəxsin dilindən nəql edilir. Kitabı şəhərin böyük mağazalarından əldə etmək mümkündür.