Çingiz Mehbalıyev – “MİRAS:Bakının sirri”

downloadBu yaxınlarda  gənc yazar öz istedadını sınamaq üçün ilk kitabını ərsəyə gətirdi. Gənc rəssam kimi tanınan Çingiz Mehablıyev və onun ilk kitabı “MİRAS:Bakının sirri”. Məndən də kitabı mütaliə edib bloqumda rəy yazmağı istədilər.

Ümumilikdə götürsək kitabın ideyası çox maraqlıdır. Yəni yaşadığımız şəhərin tarixini, irsini, nələrdən keçib gəldiyinin bilmək maraqlı olardı. Xüsusilə ilk hissədəki “Qız Qalası” sirri xüsusilə maraqlı idi. Kitab barədə iradım odur ki, süjet xətti kifayət qədər bəsit qurulub. Yəni tez tez uşaqlıqda qarşılaşdığım bir tərzi xatırlatdı mənə. “Kamal yaxşı tələbədir,müəllimlərin və dostlarının sevimlisidir”. Məncə obrazların dilinin zənginləşdirilməsi üçün müəllif üzərində daha çox işləməli idi.

Kitabın süjet xəttini , psixoloji mistika ya da dedektiv janrı da ola bilərdi. Yəni burda bir Samuel Bekket və Edqar Po stili də ola bilərdi. Onda süjet xətti daha axıcı və daha maraqlı olardı. Bəzi hissələrdə axıcılıq heç hiss olunmurdu.

Qay Yuliy Sezarla bağlı olan hissə mənim xüsusilə xoşuma gələn bir hissə oldu. Sezarın şifrələnmiş məktubu.

Son olaraq ideyaya görə müəllifə təşəkkür edirəm. Yeni kitablarının yaradılmasında da psixoloji və mistik janrda yazan yazıçıları daha çox mütaliə etməsini məsləhət görürəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.