Con Frilay – “Cem Sultan”

image007

 “Mən özümün qəfəsdə çırpınan bir quş olacağımı bilsəm, vətənimin qara torpağında uyumağı seçərdim Lələ”

Amerikan əsilli tanınmış araşdırmaçı və səyahətçi Con Frilayın əsərləri arasında Osmanlı İmperiyası tarixində faciəvi bir iz qoymuş, Şahzadə Cemin həyatında bəhs edən əsəri məxsusi mahiyyət daşıyır.

Şahzadə Cem, İstanbulu fəth edən Fateh Sultan Məhəmmədin kiçik oğlu və Qaraman bəylərbəyisi olmuşdur. Böyük qardaşı, gələcək Sultan Bayəzidlə gənc yaşdan yola getməmələri taxt uğrunda çəkişmələrə səbəb oldu. Ordunun və sadə insanların Şahzadə Cemə olan sevgi və hörməti Bayəzidi qorxutmuş və bu da qardaşlar arasında müharibəyə səbəb olmuşdu. 

Müharibədən sonra ailəsi ilə birgə Misir Sultanına sığınan Cem ordan Rodos adasındakı cəngavərlərin başçısı Dyebussona sığınır. Lakin Avropalıların Cemə yardım etmək kimi məqsədləri yox idi. Onlar Cemi özlərinin siyasi və iqtisadi maraqlarında istifadə etməyi üstün tutmuş, onu Fransadakı bir sarayda “qonaq” olaraq saxlamışlar. Zamanla burda qonaq yox əsir olduğunu anlayan Cem doğma vətən həsrəti ilə hər gün daha da solurdu. Digər Osmanlı şahzadələrinə xas olmayan bir cəhəti Cemin çox hündürboy, intellektual və çox yaraşıqlı olması idi. Sarışı və uzunsaçlı olması Fransa Kralının qızlarını belə başdan çıxarmağa kifayət etmişdi.

Kitab Sultan Cemin həyatı ilə maraqlananlar üçün ilkin mənbə kimi qəbul edilə bilər. Kitabı “amazon.com”-dan sifariş etmək mümkündür.