David Owen – “Hasta ve Iktidarda”

"Hasta ve Iktidarda"
“Hasta ve Iktidarda”

 

Cari ilin avqust ayında kitab mağazasında təsadüfən Böyük Britaniyanın keçmiş Xarici İşlər Naziri Devid Ouenin (David Owen) türk dilinə tərcümə edilmiş “Hasta ve İktidarda” (Xəstə və Hakimiyyətdə) kitabını gördüm. Bir az vərəqlədikdən sonra satın aldım.

Kitab XX əsrdə hakimiyyətdə olmuş, pis-yaxşı əməlləri ilə tarixdə iz qoymuş dövlət başçılarının fəaliyyətindən və həyatından qısa xülasələr verir.Kitabın digər özəlliyi, burda ömürlərini müəmmalı şəkildə xəstə yatağında başa vuran və ya qəfil ölümləri ilə tarixə düşən dövlət başçıları haqqında yazılmasıdır. Kitabda David L.Corc, Franklin Ruzvelt, İosif Stalin, Nevin Çemberlen, Uilyam Taft və digər dövlət rəsmiləri haqqında məlumatlar toplanıb.

Kitabın müəllifi Böyük Britaniyanın keçmiş xarici işlər naziri və Uinston Çörçilin tələbəsi olmuş David Ouendir. Hazırda istefada olan nazir bu kitabı qaranlıq məqamlara azca da olsa son qoymaq üçün yazdığını intervyusunda bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.