Dino Busatti – “Tatar çölü”

BUSATTI-UZ-QAPAQ+-1İtalyan yazıçısı Dino Busattinin “Tatar çölü” romanı “XX əsrin ən yaxşı 100 kitabı” siyahısına daxil olan kitablardan biridir. Kitab ilk dəfə azərbaycan dilinə Aslan Quliyevin redaktəsi altında tərcümə edilib.

Əsər gənc leytenant Droqonun həyatından bəhs edir. Hərbi Akademiyadan yenicə məzun olan Covanni Draqo ideal zabit karyerası xəyalları qurur və dərhal ölkənin sərhədində yerləşən bir qalaya təyinat alır. Qalanı görən kimi məyus olan Draqo xəyal etdiyinin tam əksinə köhnə və sökük bir yerə gəlib çıxdığını görür. Tez bir zamanda qaladan getməyi arzulayan leytenant özü də bilmədiyi səbəblərdən orda qalmağı qərarlaşdırır. Xidmət etdiyi bu ərazi tarixi məqamlara görə “Tatar çölü” adlanırdı.

İllər keçir, qaladakı bütün əsgər yoldaşları bir-bir oranı tərk edərkən Covanni orda qalmağa davam edir və bir müddət sonra boş yerə cavanlığını qurban verdiyini anlayır. Düşmən üfüqdə görünmür lakin illər axır gedir. Qəfil bir gün tatarlar hücuma keçir lakin Covanni xəstələnərək taqətdən düşür. Qalanın yeni komendantı isə Draqonu vəzifəsindən kənarlaşdırır. Şəhərə qayıdan Draqo təklik və səfalət içərisində vəfat edir.

Roman olduqca realist bir tərzdə yazılıb.