Elçin Hüseynbəyli – “Şah Abbas”

305db267b2722f3f6410a17e194a421dAzərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan Səfəvilər İmperatorluğunun tarixinin daha dərindən öyrənilməsinin və təbliğ edilməsinin tərəfdarı olmuşam. Ərzurumdan – Dekan yaylasına və Bəlucistana qədər olan əraziyə hökmdarlıq edən Səfəvi Xanədanlığı haqqında əfsuslar olsun ki, xeyli sayda təhrrifedici romanlar, kitablar yazılır.

Eyni zamanda dövlətin tarixində silinməz iz qoyan Şah Abbas haqqında məlumatların çox məhdud olması ürəkaçan deyil. Azərbaycanı Osmanlı işğalından qurtaran, Səfəvi sərhədlərini Hindistana və Bəhreynə qədər genişləndirən bu böyük sərdar haqqında ilk dəfə Elçin Hüseynbəylinin “Şah Abbas” romanında ətraflı məlumat verilir .

Kitab “roman” olaraq adlandırılsa da əslində kitabın dilində və məzmununda roman janrından demək olar ki, əsər-əlamət yoxdur. Kitab “tarixi monoqrafiya” adlandırılsaydı daha məqsədə uyğunu olardı. Bir digər çatışmazlıq dilinin lazımi bədii axıcılığının olmamasıdır.

Ümumilikdə götürdükdə isə kitabın ərsəyə gəlməsi özü böyük bir uğurdur. Şah Abbas dövrünün Səfəvi dövlət aparatı ətraflı şəkildə təsvir edilir. Qızılbaş tayfalarının həyat tərzi, dövlət qulluğu məsələləri və s. oxucuya sadə dillə çatdırılıb.

XVI – XVII əsr tarixi dövrləri ilə maraqlananlar kitabdan mənbə kimi istifadə edə bilərlər.