Ernst Yunger – “Somnadan qaçış”

Başlanğıc

Ernst YungerZabit olmağımı xəyal edə bilərdim ancaq. Atam hər zaman deyərdi “Mundir” sənə lazım olan əsas vasitədir. Söz qulağımda çınlamağa davam edir. Mən əksinə , kitab-dəftəri qoltuğuma vurmağı sevən adam idim. Eqoistliyimin də ən yüksək zirvəsində idim.

Budur, mən burdayam. Qabağımda bir  əsgər yatır. Kim bilir o bura hansı ümidlərlə gəlib və ya kim tərəfindən “vətən borcu” üçün məcburən bura gətirilib. Görən yuxuda gördüyü nədir ?!

Səhər saat 3:48-dir. Səngərdə minlərlə əsgər , yüzlərlə rota var. Qərargah tapşırıq verib ki, günəş doğan kimi hücuma keçək. İndiyə kimi belə əsmirdim. Nə olub mənə ? Əlimin şaxtadan titrədiyi üçün ürək-dirək verməyə davam edirəm. Ən yaxşı halda atam burda olsaydı öyüdlərinə başlardı. Qoca qurdun səsinə dözmək qəliz məsələdir. Səsi o qədər gurdur ki , bəzən bezirəm , amma hörmətimi gizlədə bilmirəm. Buna ehtiyac da duymuram.

Bəzən səngərdə bekarçılıq olur. Razılaşarsınız. Mən də bu fürsətdən istifadə bədənimdəki yaraları sayıram. Güllə cızıqlarını saymasaq bədənimdə 14 güllə yarası var. bunların 5-i ingilis gülləsi , 8-i rus , 1- i fransız gülləsidir. Güllələnmiş bədənim mənim gələcəyə olan qarantımdır.

Sabah axşam ola bilsin bu sətirləri yaza bilmədim. İçimdəki səslə də vidalaşmaq istəmirəm. ELə bil ürəyim bulanır. Çünki sabah bəşər övladının görmədiyi bir davaya tutuşmağa gedirik. Istifadə edilmək necə də iyrənc duyğudur ,amma imperiya uğrunda hər zaman baş qoymaq üçün böyüdülmədikmi ? tələbə sıralarında oturduğumuz zaman Frau Herta sinfə daxil olar və deyərdi :

–         Bu gün neynirik ?!

Sanki hər səhər fərqli bir şey etdirmişik kimi böyük həyəcanla qışqırardıq :

–         Əla həzrət İmperator Vilhelmə , Böyük Vilhelmin nəvəsinin şərəfinə mahnı oxuyurduq.

Tanrı,İmperatoru – Kayzeri qorusun ! O bizim xalqımızın son ümid yeridir. Bu zavallı əsgərin sifətinə baxanda düşünərsən ki, ailəsi olmasa da onun kayzeri var. Ağır batareya atəşi altına özünü atan əsgər “Kaş Kayzer məni görsəydi” deyə düşünür. Mən də onun yerində “Kaş atam məni görəydi” deyə düşünürəm. Həqiqətən uğurlu zabit olduğumu atama danışmaq istərdim üzbəüz.

Özümə bircə təsəllim odur ki, 2 ildən sonra böyük Almaniya qalib olacaq və indi mənimlə birgə şaxtada səngərdə vuruşanlara ümid yeri olacaq. Ya da ən azından mən elə bilirəm. Qayğı olmasa da təki mənə təhsilimi davam etdirməyim üçün şərait yaradalar. Fəlsəfi yazılarıma davam etmək üçün hər şeyimi verərdim amma indi yox. Vaxtı deyil.

Xəbər aldığıma görə ingilis-fransızlar bizə qarşı təcrübəsiz könüllülərdən ibarət dəstə ilə gəlirlər. Deməli bəxt bizdən yanadır. Kayzerin ordusunda say-seçmə diviziyilar vuruşur. Həm də Rusiya müharibədən çıxır. Qəzetlər orada fəhlə sinfinin üsyanından yazırlar. Antanta dağılır.

Başım bunlara dözmür. Yatmaq istəyirəm. dincəlmək istəyirəm.

Somma döyüşündən sonra mobilizasiya edilən alman qoşunları. Hərbi hospital.

Çox keçmişə getməyəcəm. etiraf edirəm ki, Somma rüsvayçılığından sonra içimdəki utanc hissini bura qeyd edə bilmirəm. utanc hiss bu dəftəri məhv etməyimi əmr edir amma həlak olanları və ömürlük əzaba məhkum olanların xatirələri də bunun içindədir. Çarəsizlik kimi böyük dərd yoxdur.

Şəfqət bacısı mənim diviziyamdan heç kimin sağ çıxmadığını deyir. Bizim hökümətimiz buna baxmayaraq “Şücaətimə görə” mənə ən yüksək orden olan cəngavər xaçını layiq görüb. Mənə çox lazımmış kimi.

Heç biri məndən döyüşçülərimin ölüm xəbərini necə çatdıracağımı kimə çatdıracağımı soruşmur. Bunlardan əlavə imperator inqilab dalğasını görüb ölkədən qaçıb. Xalq başlı-başınadır. Bunların hansı birini düşünəsən ? bədbəxt olan və müttəfiqin ümidinə qalan böyük alman xalqını yoxsa valideynlərimin gələcək taleyi ?! Kayzer hökümətində yanılacağını adi kəndli belə ağlına gətirə bilməzdi. Biz ki,Şliffen planı ilə dünyaya meydan oxuyan amma indi məzlum baxışlarla müttəfiqin bizə hansı cəzanı kəsəcəyini gözləyən alçaldılmış irq. Bu da son. Mən daha düşünməyəcəm. Mən çarə qılacam çünki bunu eləməliyəm. Bu dəftər I Dünya müharibəsində yazılmış bir zabitin xatirələridir. Oxumağınız məsləhətdir.

İmza:

Almaniya İmperiyası

23-cü diviziyanın komandiri.

1918-ci ildə imperiyanın sonuncu diviziyasını əsirlikdən son anda xilas edən yaralı komandir Ernst Yunger.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.