Fərəh Pəhləvi – Xatirələr

xatireler_pehleviİranın son qanuni kraliçası Fərəh banu Pəhləvinin ABŞ-da işiq üzü görmüş və bir neçə dilə tərcümə edilmiş xatirələri bizim doğma dilə də tərcümə edilib. Ölkə tarixində gördüyü işlərdən daha ziyadə, daha çox monarxiyanın son kraliçası olaraq tarixdə iz qoyan Fərəh banu, Rza Şahın 3-cü və sonuncu həyat yoldaşıdır. 1979-cu il inqilabı ilə ölkədən qaçan kral ailəsi bu gün Amerikada mühacir həyatı yaşamaqdadır.

Kitab Rza şahın taxta çıxdığı dövrdən başlayaraq, Fərəh banu ilə ailə həyatı qurduğu və ölkədən qaçdığı dövrləri əhatə edir. Kitabda kifayət qədər maraqlı məlumatlar olsa da, kifayət qədər şişirtmələr də vardır. Məsələn kralın öz ölkəsi üçün etdiyi “fədakarlıqlar” və comərd daxili siyasəti barədə fəsillər. Bununla belə müəllif hər fəslin sonunda “bir gün ədalətin” bərqərar olacağını və İran xalqının yenidən düzgün seçim edəcəyi kimi ümidlər, arzular da yer alıb.

Kitab regionun siyasi tarixi ilə maraqlananlar üçün etibarlı olmasa da, maraqlı mənbədir.