Fövziyə bint Fuad. “Xatirələr”

53564921Bu həftə kitab rəfimdə yeni bir kitab var. İran şahı Məhəmməd Rzanın birinci xanımı,Misir sultanı Faruqun bacısı Föviyə bint Fuadın qələmə aldığı (ərəbcə) və bizim dilimizə tərcümə edilən “Xatirələr” kitabı. Kitab öz dövrünün ən gözəl qadını olan Şahzadə Fövziyənin faciəli taleyini əks etdirir.

İlk fikrim – tərcümə çox keyfiyyətsizdir və cümlələr çox pərakəndə verilib. İlk dəfədən insan anlamaqda çətinlik çəkir,lakin sonlarda saray intriqaları barədə məlumatlar insanı istər istəməz cəlb edir.

Fövziyənin toydan bir az sonra qardaşının yalan-dolanları ilə dəli kimi sevdiyi həyat yoldaşından zorla boşatdırılması, qardaşı Faruqun öz həyat yoldaşı Fəridəni əxlaqsızlıqda ittiham etməsi bütün bunların üstünə sonunda dağılan monarxiya və sürgündə ömrünü başa vuran sultan ailəsi.

“Əli və Nino” mağazalarında kitab satışdadır. Qiyməti 5.60 AZN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.