German Smirnov – “Orduda təmizlik. 37-ci ilin sirri”

Orduda TəmizlikKeçmiş SSRİ haqqın araşdırmalarımın davamı olaraq, hərbi nəzəriyyəçi German Smirnovun “Orduda Təmizlik” kitabını bitirdim. Kitab 1937-ci il məhkəmə proseslərinin üzərində yazılıb və məhkum olunmuş Sovet generalitetinin məktublarından ibarətdir.

Kitabda 1937-ci ilin repressiya ili olmasının səbəbi və məhkəmə proseslərinin sirri əks edilmişdir. Kitabın ən maraqlı yeri sözsüz ki, məşhur marşal Tuxaçevskinin ittihamlarla üz-üzə gəldiyi hissəsidir. 

Həmçinin kitabda KP MK (k) – nın təkibində gizli və açıq fəaliyyət göstərən ibrani (yəhudi) əsilli xadimlərin bir-bir təqib edilməsi, haqlarına cinayət işlərinin başladılması və onların vətən xaini qismində edam edilmələri. Kitab repressiya dövrünü əks etdirsə də çatışmazlıqları da kifayət qədərdir. Kitab sırf hərbi nöqteyi-nəzərindən yazıldığı üçün siyasi aspektlərə elə də yer ayrılmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.