Gi de Mopassan – “Mont-Oriol”

Gi de MopassanGi de Mopassan dünyada sizin də rast gələ biləcəyiniz tək-tük dahi yazıçılardan biridir. Həyatının əksəriyyətini “ÖZ”ünü tapmağa sərf edən, hər peşəyə girib çıxan və sonda özünü ədəbiyyatda,qələm sənətində tapan Mopassan unudulmaz bədii əsərləri ilə hələ də ən çox oxunan müəlliflərdəndir.

Mopassanın yeni bitirdiyim “Mont-Oriol” romanı evli bir qız Xristiananın və gənc Polun qanunsuz eşqini qələmə alır. Xristiana ibrani bir milyonçu ilə evlidir,amma Pola aşiq olur. Sonunda o Poldan hamilə qalır,amma bunu gizlətməli olur. Pol isə bunu eşidəndə qızdan soyumağa başlayır və bankir Oriolun qızı Şarlotta ilə evlənməyə hazırlaşar.

Bunu eşidən Xristiana həyəcandan uşağı erkən dünyaya gətirir və Polun qızını dünyaya gətirir. Qızın yoldaşı isə uşağı öz qızı zənn edər. Sonunda Xristiana və Pol görüşür,bu görüşdə qız Pola artıq “onu görmək istəmədəyini” açıq-aşkar bildirər.

Əsərin ingilis dil versiyası anlaşılandır. Digərləri üçün rus dilində olan versiyanı məsləhət görürəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.