Gürkan Zengin – “HOCA”

HOCA“Əl-Cəzirə” Türkiyənin rəhbəri , “CNN Türk” telekanalının keçmiş müxbiri , politoloq-jurnalist Gürkan Zengini əsasən müxtəlif Prezidentlərlə, Xarici işlər nazirləri ilə, tanınmış diplomatlarla apardığı intervyulardan və cürbəcür müsahibələrdən tanıyırdım. Gürkan Zenginin həmsöhbətləri arasında, 2002-dən bu yana Bəşir Əsəd, Hüsnü Mübarək, İlham Əliyev, R.T.Ərdoğan, Əhməd Davudoğlu, Süleyman Dəmirəl və digər simalar olub. 

Bir neçə il öncə Gürkan Zenginin “HOCA” adlı kitabı işıq üzü gördü. Kitab Əhməd Davudoğlunun diplomatiyası və Türkiyənin son 6-7 ildəki xarici siyasətindən bəhs edilir. Kitabın ilk hissəsi Davutoğlunun uşaqlığı, təhsil həyatı və dövlət orqanlarındakı xidmətindən danışılır. Zamanla onun milli təhlükəsizlik üzrə məsləhətçiliyindən, XİN dəhlizlərinə qədər uzanan yol.

Kitabı mənim üçün dəyərli edən bir səbəb də müəllifin şəxsən özündən aldığım imza oldu. Kitabı e-sifariş vasitəsilə sifraiş etmək mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.