Hüseyin Mercan – “Suriye: Rejim ve Dış Politika”

Hüseyin Mercan "Suriye"İstanbula gəldiyim gündən etibarən buradan satın aldığım kitabları təcili surətdə oxuyub bitirmək qərarına gəldim. Nəzərə alsaq ki, bu il ərzində Orta Şərqlə bağlı araşdırmalarım daha intensiv hal alıb, Suriya , İraq , Misir , Səudiyyə Ərəbistanı kimi ölkələr haqda daha geniş məlumat almağım zəruri hala çevrildi.

“Ərəb Baharı”ndan sonra daha da dəbə düşən Orta Şərq regionunun ən vacib siyasi və strateji aktoru olan Suriya haqda artıq son 15 gündə, ikinci kitabımı bitirdim. Qeyd eləmək də lazımdır ki, bu Suriya oxuduğum cəmi kitabların sayca altıncısıdır.

Bu gün Professor Hüseyin Mercanın “Suriye:Rejim ve Dış Politika” kitabı haqda rəy bildirsəm, demək lazımdır ki, araşdırması heç də pis alınmayıb. İbrani və Amerikalı jurnalistlərdən müəyyən tərcümələr və mənbələr göstərilib. Kitabın çatışmayan cəhəti Professorun Suriya haqda yazıb da, rus mənbələrindən istifadə etməməsidir. Suriyanın ilk 30-40 ildə bağlı olduğu bir ölkə var idisə də o SSRİ idi. SSRİ ilə aralarında hərbi,iqtisadi,siyasi əməkdaşlıq olan və xüsusilə də Salah Cədidin diktatura rejimi dövründə bu daha çox gözə çarpırdı.

Ümumilikdə amma kitab Suriya haqda yaxşı başlanğıc hesab oluna bilər. İstanbulda “Olivium” mərkəzində satışda olan kitabın qiyməti bizim pulla : 8 AZN-dir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.