Fuad Şahbazov – “Suriya 1946 – 2012”

13915_10151461758759169_1721030836_n2012-ci ilin əvvəlindən üzərində işləməyə başladığım eyniadlı kitabı nəhayət başa vuraraq çap etdirməyə nail oldum. “YerAltı” nəşriyyatının dəstəyi ilə çap olunan kitab bu gündən etibarən şəhərin əsas kitab evlərində satışa çıxarılıb. (Kitabın qiyməti 4 azn). Orta Şərqlə maraqlanıb, lakin doğma dilimizdə mənbə tapmaqda çətinlik çəkən gənc araşdırmaçılara böyük avantaj təmin edəcək bu kitab Azərbaycanda öz mövzusunun ilk örnəyidir.

Kitab Suriyanın müstəqillik əldə etdiyi 1946-cı ildən, vətəndaş müharibəsinin ən pik nöqtəsinə çatdığı dövrləri əhatə edir. Eyni zamanda Suriyanın tarixində böyük iz qoymuş Salah Cədid, Ə.Şişəkli, Hafiz Əsəd və yeni Prezident Bəşir Əsəd kimi liderlərin fəaliyyəti əks edilib.

Siyasi miras uğrunda qızışan müharibənin qısa zamanda regionda böyük dini və məzhəbi çəkişməyə çevrilməsini, İran – Rusiya kimi nəhəng aktorların bu münaqişədə rollarının nədən ibarət olduğunu öyrənmək istəyənlər üçün bu kitab lazımi mənbədir.

Kitab bu həftə ərzində digər bütün kitab evlərində də satışda olacaq. Əldə etməyə tələsin !