James Reston Jr. – “V Karl və Möhtəşəm Süleyman”

James Reston Jr.Kitabın ingilis dilindəki adı Charles VSuleyman the Magnificent, Məşhur Amerikalı jurnalisti və yazıçısı Ceyms Restonun müəllifi olduğu “V Karl və Süleyman” oxuduğum ən maraqlı kitablardan biridir deyə bilərəm. Əsər XVI əsrin ən qüdrətli iki hökmdarının həyatı və fəaliyyətlərini əks etdirir.

I Səlimdən sonra taxta çıxan Sültan Süleyman öz dövlətinin sərhədlərini genişləndirmək üçün işğallara başlayyır. Avropada “Müqəddəs Roma İmperatoru” elan edilən 16 yaşlı gənc V Karl öz imperiyasını türk basqınlarından və Xristian aləmini İslam dininin təhlükəsindən qorumalıdır. Lakin hər şey o qədər də asan deyil. Xristian dünyasında katolik-protestant davasının qızışması və digər tərəfdən kilsəyə qarşı çıxan Lüteranlıq (keşiş Martin Lüter) hərəkatının genişlənməsi artıq Avropanın vahidliyinin pozulduğunu və müsəlmanların bütün dünyanı ələ keçirəcəyinə dəlalət edirdi.

Gənc Karl daxili düşmənlərini alt etdikdən sonra Sultan Süleymanın Tunis sahillərini işğal edən donanmasını ağır məğlubiyyətə uğratmağa müvəffəq olur. Türklərin qitənin içlərinə doğru irəliləməsinin qarşısı alınır. Avropa Karla minnətdardır. Roma Papası bunun şərəfinə V Karlı qəhrəman elan edir. Hər iki hökmdar sonunda müharibələrdən yorulmuş və yaşlı zamanlarını sükutda keçirməyi arzulamağa başlamış. İmperator Karl könüllü taxtı qardaşına verərək çox uzaq bir kənddə təkbaşına ömrünü sadə bir kəndli kimi başa vurur. Sultan Süleyman isə 72 yaşında yenidən Vyanaya doğru yürüşə çıxır və səfərdə ikən yolda dünyasını dəyişir.

Kitabın əvvəli bir az sıxıcı kimi görünsə də sonlara doğru çox maraqlı tarixi faktlar verilir. Kitabın orijinal dili ingilis dilidir və Nyu Yotk Tayms qəzeti tərəfindən “Ən çox satılan Kitablar” siyahısında da yer almaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.