Jan Jak Russo – Etiraf (Tövbə)

Jan Jak RussoFransa maarifçiliyinin ən böyük siması olan Jan Jak Russonun “Tövbə” əsəri fikrimcə həyatın mənasını axtarmaq istəyən adamlar üçün bələdçi rolunu oynamaqdadır.

Əsərdə J.Russo əvvəlcə özünün dünyaya gəlməsini bir səhv adlandırır. Çünki onun həyatı doğma anasının həyatı bahasına başa gəlmişdi. Atası ilə bir birini heç sevə bilməyən Russo kimsəsizlər evində böyüyür və 17 yaşına qədər məktəbin kitabxanasındakı bütün kitabları oxuyur. Dalbadal,dayanmadan və fasiləsiz. Russonun bu həyat tərzi baş tərbiyəçini qane eləmir və Russo 17 yaşında ordan qovulur.

Universitet isə kasıb bir uşaq üçün yalnız xəyal ola bilərdi. Nəticədə o əvvəlcə yaşlı qrafinyanın yanında katib olaraq işə düzəlir. Qrafinya ilə münasibətləri yaxşı olan Russo əsərdə etiraf edir ki, “artıq məndə oğurluğa həvəs meyilləri baş qaldırır”. Bir dəfə qrafinyanın evindən pul oğurlayan Russo günahı bədbəxt qulluqçu qızın üzərinə atır. Qız işindən qovulur. Daha bir müddət sonra  Russo səyyah həyatın başlayır və bütün Avropanı gəzir. Getdiyi hər şəhərin gözəl qızlarına vurulan Russo sonda sevdiyi qızla maddi səbəb ucbatından ailə qura bilmir.

Qaldğı bir mehmanxada gözəl olmayan, saata baxıb vaxtı belə müəyyən edə bilməyən qulluqçu ilə əlaqəyə girir. Bu əlaqədən 5 uşaq dünyaya gəlir. Russo isə “onları dolandıra bilməmək” bəhanəsilə 5 uşağı kimsəsizlər evinə göndərir. Bununla da özünə təsəlli vermiş olur.

Russonun yaradıcılığı onun həyatda olduğu dövrdə çox adam tərəfindən anlaşılmır və başa düşülmür. Yazdığı operalar,əsərlər çox bəsitmiş kimi gülüş obyektinə çevrilir. Ölümündən bir müddət sonra isə onun operalarını şəxsən Fransa Kralı özü bəyənir və qiymətləndirir.

Jan Jak Russo əsərin sonunda özünün kasıbçılıq və səfalət içində qaldığını, kiçik bir daxmada yaşadığını qeyd edir.

Kitab Akademik Kitab Evi və Ali-Nino mağazalar şəbəkəsində satılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.