Joseph Nye – “The future of power”

The Future of Power
            The Future of Power

Dünyaca məşhur amerikalı politoloq, siyasi nəzəriyyəçi və ekspert Cozef Nayın “Gücün gələcəyi” kitabı dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında dərslik kimi istifadə edilir. Cozef Nay Harvard Universitetinin Con F.Kennedi adına “Dövlət idarəçilik” İnstitutunun dekanı, ABŞ Müdafiə nazirinin “milli təhlükəsizlik” üzrə məsləhətçisi və ABŞ Dövlət Departamentinin xarici əlaqələr şöbəsinin rəhbəri və s. yüksək vəzifələrdə çalışmışdır.

Cozef Nayın (oğul) qələmə almış olduğu “Gücün gələcəyi” adlı kitabda Soyuq müharibə dövrü sonrası beynəlxalq münasibətlər və bipolyar sistemdən bəhs edilir. Amerikanın dünyada təkbaşına hegemon olması, post-kommunist ölkələrlə yeni münasibətlər və s. kimi hadisələr əksini tapmışdır. 

Cozef Nay bir nəzəriyyəçi olaraq siyasi elmdə “Smart power” (ağıllı güc) termininin yaradıcısıdır (Soft power termininə ekvivalent olaraq). Cozef Naya görə artıq hegemon dövlətlər (Çin, ABŞ, Rusiya) nisbətən kiçik və zəif ölkələri özündən asılı hala salmaq məqəsdilə bu yoldan istifadə edirlər. Qloballaşan dünyada ağıllı güc tərəfdarları artdıqca birbaşa müharibələr və hərbi intervensiyalar 2-ci plana düşür əvəzində bu rolu iri korporasiyalar yerinə yetirir.

Kitabı Amazon.com saytından sifariş etmək mümmkündür.