Joseph von Hammer- “Osmanlı tarihi”

phpThumb_generated_thumbnailXIX əsrdə Avstriya-Macarıstan İmperiyası ilə Şərqin ən böyük dövləti Osmanlı İmperiyası arasında daha da sıxlaşan diplomatik münasibətlər nəticəsində bir çox Avropalı elm adamı İstanbulda yerləşən böyük tarixi arxivlərə və fondlara daxil olmaq şansı əldə etmişdi. Onlardan biri də Avstriya diplomatı, tarixçisi və yazıçısı Yozef Hammer idi. Yozef Hammer  dövrünün ən görkəmli şərqşünası olmuş, ərəb, fars, türk, latın və qədim yunan dillərinə mükəmməl yiyələnmişdi.

İstanbula gəldikdən bir müddət sonra Osmanlı tarixini geniş şəkildə araşdırmağa başlayan Hammer, bütün Osmanlı xanədanlığının tarxini əks etdirən böyük bir əsər ərsəyə gətirir. Kitab Avropada böyük səs küyə səbəb olur və əldən ələ gəzir.

Əsər kifayət qədər geniş formada yazlıb. Osman bəydən başlayaraq XIX əsr Osmanlı siyasi-iqtisadi vəziyyətini təsvir edir. Ətraflı məlumat almaq üçün maraqlı mənbədir. Lakin bəzi həyati önəm daşıyan siyasi və tarixi hadisələr ixtisara salınıb ki, bu da kitabın mənfi cəhətlərindən biridir.

Ümumilikdə isə kitabın dili kifayət qədər oxunaqlıdır.